ZOOLOJİ

s. zoological; d.d. zoo

ZOOLOGİYA
ZOOLOQ
OBASTAN VİKİ
Zooloji park
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Bakı Zooloji Parkı
Bakı Zooloji Parkı və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır. Qızılqaz zooparkın simvolik canlısıdır. == Tarixi == XX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb. Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir. Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də, rəsmi açılışı 1945-ci ildə baş tutub. Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.
London Zooloji Parkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Sinqapur Zooloji Parkı
Sinqapur zooparkı (çin. 新加坡动物园; malay Taman Haiwan Singapura; tam. சிங்கப்பூர் விலங்குக் காட்சிச்சாலை), также как Manday zooparkı, adı ilə tanınan, 28 hektarlıq qoruyucu ərazi. Zoopark su anbarı sahilində yerləşib, ətraf ərazi sıx meşə ilə əhatə olunub. Zooparkın tikintisinə 9 milyon dollar pul xərclənib. Açılış 27 iyun 1973-cü ildə baş tutmuşdur. Zoparkda 315 heyvan növü, onlardan 16 % nəsli kəsilmək üzrədir. Zooparkı il ərzində 1,6 milyon əhali ziyarət edir. Zooparkı ilk fəaliyyəti zamanı ənənəvi hal gözə çarpırdı- heyvanları açıq qəfəslərdə və şüşə ara kəsmələrdə nümayiş etdirmək. 1977-ci ildə məşhur primatoloq Fransin Niqo on səkkiz oranqutan ilə qəfəsdə altı ay birgə yaşamışdı.
Beynəlxalq Zooloji Nomenklatura Kodu
Beynəlxalq Zooloji Nomenklatura Kodu (İngilis dili; International Code of Zoological Nomenclature, ICZN) heyvan kimi qəbul edilən orqanizmlərin rəsmi adlandırma qaydalarını təyin edən zoologiya sahəsində geniş yayılmış bir nomenklaturadır. Qaydalar əsasən aşağıdakıları tənzimləyir: Binominal nomenklatura daxilində adları necə düzgün təyin etmənin mümkünlüyü; Müxtəlif adlar arasındakı ziddiyyətlər zamanı hansı adın istifadə ediləcəyinin seçilməsi; Elmi ədəbiyyatda hansı adlardan istifadə ediləcəyinin müəyyənləşdirilməsi.

Значение слова в других словарях