İclasda bircə məsələ müzakirə edilirdi.
Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı.
◊ Çağırılmamış qonaq – dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında.
Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi.
Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir.
Çağırılmış bayatı – çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında.