ÇALXALAMAQ

f.
1. İçindəki mayenin hissəciklərini qarışdırmaq və ya həll etmək üçün tərpətmək, silkələmək. Dərmanı içməkdən qabaq çalxalamaq.
– Mehriban gülabpuşu tələsik götürüb çalxaladı. H.Seyidbəyli.

// Su ilə yaxalamaq, təmizləmək.
Saleh dağ sudan çaynikə alıb çalxaladı… M.İbrahimov.

2. Atıb-tutmaq, silkələmək, yırğalamaq. Maşın yol boyu bizi çalxaladı.

Синонимы

  • ÇALXALAMAQ yaxalamaq — yuyulmaq
  • ÇALXALAMAQ laxlatmaq — tərpətmək — silkələmək — yellətmək — yırğalamaq — əsdirmək — oynatmaq
  • ÇALXALAMAQ qarışdırmaq
ÇALXALAMA
ÇALXALANMA

Значение слова в других словарях