ÇAMRA

(Ağdaş)
lilli, bulanıq. –Kürün suyu çamradı
ÇAMIR
ÇA:N
OBASTAN VİKİ
Mustafa Çamran
Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir == Həyatı == === Doğumu === 8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü === Təhsili === Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi. === Kitabları === Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır.