ÇARXI:

çarxı xoruzu ири, кикӀидай кӀекрен жинс; ** çarxı xoruzu kimi истивут тӀуьр кӀек хьтин (хьиз), кикӀидай, къал квай касдин гьакъинда.
ÇARXÇILIQ
ÇARXŞƏKİLLİ
OBASTAN VİKİ
Çarxı
Çarxı — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Kənddə 2 məktəb, 1 xəstəxana, 4 mağaza, 2 məscid, 1 poçt şöbəsi, bələdiyyə və kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Çarxı kənd bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Tərkibi Çarxı və Xanlıqoba kəndlərindən ibarətdir. Çarxı kəndinin əhalisi 7000 nəfərdir və bu baxımdan Xaçmazın ən böyük və əhalisi çox olan kəndi sayılaraq, əhalisi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Folkirk çarxı
Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb. Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib. Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır.
Çarxı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İnduktivlik çarxı
İnduktivlik çarxı - radiotexnika qurğusudur. Silindrik və ya halqa formasında olan dielektrikin ətrafında burulmuş (dolama, spiral və ya dolama-spiral), xüsusi lak ilə izolyasiya edilmiş elektrik naqillərdən ibarətdir. İnduktivlik çarxı xeyli induktivliyə malik olaraq nisbətən kiçik elektrik tutumu və kiçik aktiv müqaviməti ilə fərqlənir. Nəticədə, induktivlik çarxından axan dəyişən elektrik cərəyanda ləngimə müşahidə olunur, elektrik impulsun formasında müəyyən səbəblərə görə yaranmıs əngəllər yox olur. Radiotexnikada, elekron cihazlarında, kompüterlərdə geniş istifadə olunur.
Su çarxı
Su çarxı — çarxın oxuna tökülən suyun enerjisini (hidravlik enerji) fırlanma hərəkətinin enerjisinə çevirmək üçün mexaniki qurğu. Su müəyyən bir səviyyəyə qalxdıqda, bu səviyyəyə uyğun gələn potensial enerji orada saxlanılır, buna görə də düşən su iş görə bilər. Tərs çevrilmə gəmilərdə hərəkətverici kimi istifadə olunan avar çarxlarında istifadə olunur.
Şeytan çarxı (Bakı)
Şeytan çarxı — Bakı bulvarında attraksion. "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. VİP kabinələrdə 8 deyil, 4 sərnişin otura bilər. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə böyükdür. 2014-cü ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.

Значение слова в других словарях