ÇAYYUXARI

zərf Çayın ağzından başlanğıcı istiqamətində, suyun axdığı tərəfin əksinə, çayla başıyuxarı. Çayyuxarı üzmək.
– Yelkən çayyuxarı o qədər də böyük sürətlə getmirdi. M.S.Ordubadi.
[Uşaqların] gülüşü, hay-harayı dalğa-dalğa olub çayyuxarı yayıldı, dərəni doldurdu. İ.Şıxlı.

ÇAYYIĞAN
ÇE

Значение слова в других словарях