ÇİLLƏ

i. 1. period of sixty days of winter; kiçik ~ period of twenty days of winter; böyük ~ period of forty cold days of winter from the beginning 2. forty days after birth

ÇİLİNGƏRXANA
ÇİLLƏMƏK
OBASTAN VİKİ
Böyük Çillə
Böyük Çillə (az.-əski. بویوک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir. == Müddəti == Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir. == Təsviri == Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır. Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.
Kiçik Çillə
Kiçik Çillə (az.-əski. کیچیک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir. == Müddəti == Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir. == Təsviri == Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir. Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür. Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüdür və həmdə qədim roma təqviminin başlanğıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.
Aşağı Çilləxana (Şəbüstər)
Aşağı Çilləxana (fars. چله خانه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (74 ailə).
Heydərabad (Çilləxana dehistanı)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (29 ailə).
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Təzəkənd (Çilləxana dehistanı)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı, Çilləxana dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (229 ailə).
Yuxarı Çilləxana (Şəbüstər)
Yuxarı Çilləxana (fars. چله خانه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,736 nəfər yaşayır (485 ailə).
Çilləxana
Aşağı Çilləxana (Şəbüstər)

Значение слова в других словарях