ÇİMÇİŞMƏK

f.
1. İyrənmək, ürəyi götürməmək, ikrah etmək. Çox yağlı ətdən adam çimçişir. – Həkim yazdığı dərmanı anama çətinliklə içirirdim.
Çimçişirdi… Ürəyi götürmürdü. Mir Cəlal.
[Sirat] lakin qızın çirkinliyini, artıq qarımağa başladığını xatırlayaraq, çimçişib üz-gözünü qırışdırırdı. Ə.Əbülhəsən.

2. Diksinmək, səksənmək.
[Yusif] birdən çimçişib xəyaldan ayrıldı. B.Bayramov.

Синонимы

  • ÇİMÇİŞMƏK çimçişmək bax 1. iyrənmək; 2. səksənmək
  • ÇİMÇİŞMƏK diksinmək — səksənmək — sarsımaq
  • ÇİMÇİŞMƏK iyrənmək — ürpəşmək
ÇİMÇİŞMƏ
ÇİMDİK

Значение слова в других словарях