Çon

KXDR və Cənubi Koreyada xırda monet. 1çon=1\100 vona.
Çoxtərəfli Sövdələşmə
Dağınıq Bazar
OBASTAN VİKİ
Çin çon
Çinçon və ya Çin çon (ing. Ching Chong) Çin əhalisinə qarşı işlənən alçaldırıcı ad. Çinliləri ələ salmaq, ağız əymək və ya çin dilini imitasiya eləmək üçün işlənə bilər. Biraq çox hallarda bu söz ilə ancaq çinlilər yox, başqa Şərqi Asiya millətləri də rastlaşır (koreyalılar, yaponlar, taylar və s.). İctimai xadimlərin çoxusu bu termini irqçilik ilə əlaqələndirir. Tələffüzü: Çinçon sözündəki "Ç" hərfi "ts" və "ç" aralığında olan bir səs ilə təsvir eləmək olar; "n" hərfi qalın "n" səsini daşıyır (çin-latın transkripsiyasında "NG" qalın "n", "N" isə incə "n" səsini bildirir).
Çxol Çon
Çxol Çon (əsl adı; təxəllüsü Sonqan; 6 dekabr 1536, Seul – dekabr 1593) — Koreya şairi, siyasi xadimi. Yüksək dövlət vəzifələri tutmuş, lakin dəfələrlə təqib və sürgün olunmuşdur. Xanmun dilində (Çin yazılı dilinin koreyalaşdırılmış forması) 7 clidlik nəzm və nəsrəsərinin ("Sonqan çip"), Koreya dilində şer məcmuəsinin ("Soqan kasa") müəllifidir. Kasalarında (lirik poemalar) doğma təbiət gözəlliklərinin tərənnümü ilə yanaşı, avtobioqrafik motivlər, saray çəkişmələri də əksini tapmışdır.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Kim Çon-Rye
Kim Çon-Rye (d. 21 iyun 1966) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Çon-Rye Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Çon-Rye Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kim Çon-Şim
Kim Çon-Şim (d. 8 fevral 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Pak Çon Hi
Pak Çon Hi (kor. 박정희; 14 noyabr 1917 – 26 oktyabr 1979[…]) — Koreya Respublikasının hərbi və dövlət xadimi, 1962–1979-cu illərdə ölkə prezidenti. Onun dövründə rəqibi Şimali Koreyanın iqtisadiyyatını keçməyə imkan verən iqtisadi islahatlar ("Koreya iqtisadi möcüzəsi") həyata keçirilmişdir. 26 oktyabr 1979-cu ildə sui-qəsd cəhdində öldürülmüşdür.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. Televiziya drama.
Çon Yu-bin
Jeon Yeo-been (kor. 전여빈; 26 iyul 1989) Cənubi Koreyalı aktrisadır. Çon, 22-ci Busan Beynəlxalq Film Festivalında "İlin Aktrisası" mükafatını və 2017 Seul Müstəqil Film Festivalında "Müstəqil Ulduz" mükafatını qazandıran "Ölümümdən Sonra" (2018) (ing. After My Death) filmindəki performansı ilə məşhurlaşdı. Çonun karyerası Vincenzo (2021) televiziya serialında və cinayət janrında olan "Gecə Cənnətdə" (2021) (kor. Night at Paradise) filmində çəkildikdən sonra yüksəlməyə davam edir. Çon aktrisalığı Donduk Qadın Universitetində "Broadcast Entertainment"-də oxuyarkən öyrənib. Aktrisa və rejissor Mun So-ri Seul Beynəlxalq Qadın Filmləri Festivalının treylerində onu gördükdən və "Ən yaxşı rejissor" qısametrajlı filmində rol almaq üçün onunla əlaqə saxladıqdan sonra 5 il sonra aktyorluğa başladı. 2015-ci ildə Çon dram janrında olan "Xain" (kor. The Treacherous) filmində debüt etdi.
Çon İl U
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
Annabel Çonq
Annabel Çonq (ing. Annabel Chong, 22 may 1972, Sinqapur) — Sinqapur əsilli ABŞ pornoaktrisa. Qreys Quek 22 may 1972-ci ildə Sinqapurda anadan olmuşdur. Londona köçdükdən sonra burada incəsənət və hüquqşünaslığı öyrənir. London Kral Kollecində təhsil alır. ABŞ-yə gəldikdən sonra isə Cənubi Kaliforniya Universitetində təhsil almağa başlayır. Burada Qreys ilk dəfə olaraq pornokaryerasına başlayır. 2007-ci ildə onun həyatı əsasında "251" pyesi hazırlanmışdır.
Ay-çonqal aşırımı
Ayçınqıl və ya Ay-çonqal aşırımı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində aşırım (hünd. 3362,0 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur. Ay-çonqal aşırımı Ordubad rayonu ərazisində Ayçınqıl aşırımının yerli əhalisi arasında işlədilən başqa adı (Aiçınqıl aşırımı).
Aşina Çonq
Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi. == Həyatı == Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi. ==== Vəzifələri ==== 635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi. 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu. 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı. 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur. == Ailəsi == Dinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi. === Övladları === Aşina Cian (阿史那暕) == Ölümü == 674-cü ildə vəfat etmişdir.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Kim Çonqsou
Kim Çonqsou (6 iyun 1947, Seul)— Koreya Respublikası Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Liu Çonqvanq
Liu Çonqvanq (劉崇望) — Çin imperiyasında xidmət etmiş Hun əsilli baş nazir. Atası Liu Fu (劉符) və babası Liu Çao (劉藻) da Çində müxtəlif vəzifələrdə işləmişdilər. Liu Çonqvanqın əcdadı Hun şanyüsü Liu Kubey idi.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Çonbuk Hyonde Motors FK
Çonbuk Hyonde Motors FK — Cənubi Koreyanın futbol klubu.
Çongyeçon
Çongyeçon — Cənubi Koreyanın Seul şəhərində yerləşən çay olaraq, Han çayı su sisteminə aiddir və Cunqnanqçonun bir qoludur. Mənbəyi Jongno-gu 'Cheongun-dongda yerləşən Baekundong vadisidir. Cənuba axan Samiteong'un petite kombinatı qaldırdığı ifadə edildi. Buradan şərqə dönərək, Seulun ənənəvi şəhərini keçin və Hanyang Universiteti Seul Kampüsünün yanında Jungnangcheon'a axın. Mənbədən ölçülən əsas axının uzunluğu 10.92-dir. km, su hövzəsi sahəsi 50.96 km² və ya 2.50 Baekdong Vadisinin kənarından başqa Km hissəsi Yapon müstəmləkə hakimiyyətindən bəri tamamilə aşdı və çayın funksiyasını effektiv itirərək digər istifadələrə yönəldildi. Hal hazırda çay Seulun ortasındakı Cheonggye Plazadan gündə 40.000 kubmetr süni şəkildə axıdılması şəklində saxlanılır. Mənşə vadisi Seul Böyükşəhər Şəhərinin bir abidəsi olaraq təyin olundu. Km hissəsindən Seul Müəssisələri Korporasiyasının nəzarəti altında park kimi istifadə olunur.
Çonoslar
Çonoslar — Monqolların qədim bir qolu. Bu qolun nümayəndələrinə Rusiyada, Kalmıkiyada, Buryatiyada və İrkutsk vilayətində, eləcə də Çinin Daxili Monqolustan muxtar vilayətində görmək olar. Çonos, eləcə də çinos, şonos, şinos və şinod (cəm halında), tək halda - çone(qurd), Monqol dilinin müxtəlif dialektlərində "qurdlar" tərcümə olunur. Yazılı qaynaqlara görə Çingiz xana qoşulan birinci tayfalar sırasındadır. Fəzlullah Rəşidəddinə görə çonoslar Borucigin soyundandırlar.
Çonqaralı-i Pul (Urmiya)
Çonqaralı-i Pul (fars. ‎‎چنقرالوي پل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.637 nəfər yaşayır (436 ailə).
Çonqaralı-i Yekan (Urmiya)
Çonqaralı-i Yekan (fars. ‎چنقرالوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.403 nəfər yaşayır (428 ailə).
Çonqol
Çonqol (kor. 전골, Ichŏnkol, jeongol) - bişmiş ət və güvənçdən hazırlanır. O Koreyanın bişmiş ətdən hazırlanan cciqeyə (кор. 찌개) bənzəyir. Ancaq ondan fərqi çonqol bir neçə müxtəlif tərkibdən ibarətdir. Cciqeə isə əsasən cciqe və ya sunduq cciqedən ibarət olur. Digər fərqli cəhəti isə çonqol həmçinin kudçolpxan, Koreyanın elit təbəqəsinin kralların yeməyidi, ancaq cciqe isə adi insanların yeməyi sayılır. Coson Manquksamulqivonın (kor. 만국사물기원역사?, 萬國事物紀原歷史?; «Dünyanın müxtəlif əşyalarının tarixi») adlı əsərində çonqolun qədim dövrlədən hazırlandığı qeyd olunur. Belə ki, əsgərlər müharibə dövründə qab çatışmamazlığından və ya olmamasından onlar bu yeməyi bişirməyə başlamışlar.
Çonqoni qaya təsvirləri
Çonqoni qaya təsvirləri — Malavidə, Malavi yaylasının meşəli təpələrində yerləşən 127 ərazidən ibarət qaya təsvirləri və Son daş, Dəmir dövrü fermer cəmiyyətinin şəkilləri. Mədəniyyət tarixinin bu qədim qeydləri hələ də dəyişməzdir. Bu mədəni əhəmiyyətinə görə ərazi, mövcud cəmiyyətlə davamlı əlaqəsi və qaya sənətinin zəngin mədəni ənənələrinə görə 2006-cı ildə vı meyraı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ayin və mərasimləri simvolizə edən qaya təsvirləri, əsasən Şeva qəbiləsindən olan qadınların yaradıcılığıdır. Qəbilələrin təbii yaşayış yerlərindən istifadə və idarəetmə tərzlərini təmsil edən üslub, Çanqoni yaşayış məskənində Bantu qəbilələri tərəfindən də davam etdirilmişdir. Qaya təsvirlərin yayıldığı ərazi ibtidai icma dövründə məskunlaşılmış və Malavinin ən yüksək şəhəri olan Dedza ( 1,600 metr (5,200 ft)) dağlıq bölgəsinə yaxındır. Buranın Mərkəzi Afrikadakı "qaya təsvirlərinin ən sıx toplusu" olduğu bildirilir. Malavi yaylasında müəyyən edilmiş 127 yer, 125.4 kvadrat kilometr əraziyə yayılmışdır. Meşəli ərazinin təpəlik yamaclarında yerləşən bəzi qayalar layihə çərçivəsində qorunur. 127 ərazidən beşi Çonqoni Meşə Qoruğunun ayrılmış hüdudlarından kənardadır.
Le Çonq Tan
Le Çonq Tan (vyet. Lê Trọng Tấn; 3 oktyabr 1914, Hoaydık[d] – 5 dekabr 1986, Hanoy) — Vyetnam hərbçisi, 1945–ci ildən Vyetnam Xalq Ordusunun zabiti. Hərbi karyerasının bu dövründə Le Çonq Tan Orduda bir neçə yüksək vəzifələrdə çalışmışdır. Le Çonq Tan 1945-ci ildə Avqust inqilabından əvvəl Vyetmin hərəkatında iştirak etmiş və tədricən İkinci Hind-Çin müharibəsi zamanı Vyetnam Xalq Ordusunun ən mühüm fiqurlarından birinə çevrilmişdir. Vyetnam müharibəsində Şimali Vyetnam silahlı qüvvələrinin əsas fiqurlarından biri olan Le Çonq Tan Vyetkonq komandir müavini olmuşdur. O, 1975-ci il bahar hücumunun ikinci dərəcəli komandiri idi və müharibəni effektiv şəkildə bitirmişdir. Daha sonra 1986-cı ilin dekabrında ölümünə qədər Vyetnamın Baş Qərargah rəisi və müdafiə nazirinin müavini olmuşdur. Le Çonq Tan general Vo Nquyen Zyap da daxil olmaqla Vyetnam Xalq Ordusunun ən yaxşı komandirlərindən biri kimi yoldaşları tərəfindən çox yüksək qiymətləndirilmişdir. Hərbi karyerası ərzində Le Çonq Tan müxtəlif titullara, medallara və ordenlərə, o cümlədən "Ho Şi Min" ordeni, "Qızıl ulduz" ordeni, 1-ci və 3-cü dərəcəli "Hərbi şücaətə görə" ordenə və 1-ci dərəcəli "Qələbə üçün qətiyyət" medalı layiq görülmüşdür. Vyetnamda bir neçə küçə və yer Le Çonq Tanın şərəfinə adlandırılmışdır.
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.