Aşina Çonq

Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi.

Aşina Çonq
阿史那忠
Şərq Göytürk xaqanlığının Sol Müdrik şahzadəsi
641 – 647
MonarxKilibi xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Dəfn yeri Hsiçou kəndi, Likuan rayonu, Hsian əyaləti, Çin
Atası Aşina Sunişi

Həyatı[redaktə | mənbəni redaktə et]

Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi.

Vəzifələri[redaktə | mənbəni redaktə et]

  • 635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi.
  • 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu.
  • 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı.
  • 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Dinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi.

Övladları[redaktə | mənbəni redaktə et]

  • Aşina Cian (阿史那暕)

Ölümü[redaktə | mənbəni redaktə et]

674-cü ildə vəfat etmişdir. Məzarı 1972-ci ildə tapılmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eyüp Sarıtaş,AŞİNA ZHONG'UN MEZARI HAKKINDA KISA BİR İNCELEME". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-27.