ÇOVUŞ

Bu sözün “fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs”, “aşağırütbəli məmur”, “zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs” kimi mənaları var.

Dialektlərdə “başçı” mənasında işlənir.

Bir gün çovuş gəldi ki, hər kim Məkkəyə gedir, gəlsin.  (“Alı xan”)

                                                    *

Ayıb olmaz mərdin heç nərəsində,

Əslində, bətnində, nə zərrəsində,

Namərd çovuş olsa kənd arasında,

Gedər o divandan donluq davalar.

                                                 (“Qurbani”)

ÇOVUŞ
ÇÖLDİ

Значение слова в других словарях