ÇÖLLÜ

sif. köhn.
1. Kəndli, kəndçi.
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum! M.Ə.Sabir.
Kərbəlayı Xəlil dükanında oturub, çöllülərdən almış olduğu yağ barəsində düşünürdü. T.Ş.Simurq.

2. məc. Geri qalmış, mədəniyyətsiz, savadsız mənasında.
[Ələs bəy:] Nə istəyirsən ey, nə? A çöllü! Mir Cəlal.

Синонимы

  • ÇÖLLÜ həyətli — eşikli — bayırlı
  • ÇÖLLÜ səhralı — biyabanlı
  • ÇÖLLÜ çöllü bax köçəbə
ÇÖLLƏMƏ
ÇÖLLÜK
OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.

Значение слова в других словарях