ÇƏLPƏŞİKLİK
ÇƏLTİKLİK
OBASTAN VİKİ
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu (ing. IRRI) — Kənd təsərrüfatı üzrə beynəlxalq institut == Yaradılması == İnstitut 1960-cı ilin 8 martında Filippinin Manila şəhərində yaradılmışdır. == Əsas məqsədi == Düyü istehsalçıları və istehlakçılarının, xüsusən aztəminatlıların maddi rifahının yaxşılaşdırılması; Milli və beynəlxalq proqramlar çərçivəsində çəltiyin istehsalı və emalının qabaqcıl texnologiyalarının işlənib hazırlanması və tətbiqi.

Значение слова в других словарях