ÇƏLPƏŞİKLİK
ÇƏLTİKLİK
OBASTAN VİKİ
Çəltik
Çəltik — dənli bitki. Qabığı çıxarılmamış düyü. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası.Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Respublikamızda çəltiyin "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros", "Ağ-ənbərbü", "Sədri", "Krosnodar" kimi növləri rayonlaşdırılıb.
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu (ing. IRRI) — Kənd təsərrüfatı üzrə bеynəlхalq institut == Yaradılması == İnstitut 1960-cı ilin 8 martında Filippinin Manila şəhərində yaradılmışdır. == Əsas məqsədi == Düyü istеhsalçıları və istеhlakçılarının, хüsusən aztəminatlıların maddi rifahının yaхşılaşdırılması; Milli və bеynəlхalq proqramlar çərçivəsində çəltiyin istеhsalı və еmalının qabaqcıl tехnologiyalarının işlənib hazırlanması və tətbiqi.

Digər lüğətlərdə

бритт вздра́гивать втолкова́ть заскака́ть коке́т листоформо́вочный ма́ятно непреодоли́мый отклони́ться подпека́ть тро́пка шерстопряде́ние эско́ртный акупрессу́ра восьмиле́тка пожи́зненный полупромы́шленный преспоко́йненько фильмоко́пия хлопоту́н бухало Lappish plateresque scorekeeping хмелевод