ÇƏLTİK

is.
1. Qabığı çıxarılmamış düyü (əkmək üçün). Çəltik tarlası. Çəltik əkmək.
– …Dizə qədər suyun-palçığın içində çəltik əkini üçün yeni sahələr hazırlayan kəndlilər gözümdə canlanırdı. M.İbrahimov.

2. Həmin bitkinin yem kimi istifadə olunan gövdəsi və yarpaqları. Çəltik tayası.
3. Qabıqlı düyü.
[İbn Mingə:] – Çəltik gərək döyülsün ki, düyü olsun və sizin lisanınızda ən fəsih kəlam budur mənim üçün!… Ə.Məmmədxanlı.

Синонимы

  • ÇƏLTİK çəltik bax düyü

Этимология

  • ÇƏLTİK “Su” anlamını verən çək, çisək kimi sözlər ilə qohumdur və “su sevən” (bitki) deməkdir. (Bəşir Əhmədov
ÇƏLPƏŞİK
ÇƏLTİKÇİ
OBASTAN VİKİ
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu (ing. IRRI) — Kənd təsərrüfatı üzrə beynəlxalq institut == Yaradılması == İnstitut 1960-cı ilin 8 martında Filippinin Manila şəhərində yaradılmışdır. == Əsas məqsədi == Düyü istehsalçıları və istehlakçılarının, xüsusən aztəminatlıların maddi rifahının yaxşılaşdırılması; Milli və beynəlxalq proqramlar çərçivəsində çəltiyin istehsalı və emalının qabaqcıl texnologiyalarının işlənib hazırlanması və tətbiqi.

Значение слова в других словарях