ÖLMƏZ

прил. бессмертный:
1. вечно живущий, не подверженный смерти, не умирающий. Xalq ölməzdir народ бессмертен
2. перен. остающийся в памяти людей; незабываемый. Ölməz düha бессмертный гений, ölməz sənətkar бессмертный художник, ölməz irs бессмертное наследие, ölməz sənət əsərləri бессмертные произведения искусства, ölməz hünər бессмертный подвиг
ÖLMƏLİ
ÖLMƏZLİK
OBASTAN VİKİ
Tanər Ölməz
Taner Ölmez (9 avqust 1986, Tuncəli) — Türkiyəli kino aktyoru. 2019–2021-ci illərdə "Mucize Doktor" teleserialında "Ali Vefa" rolunu canlandırmışdır. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə evlənmişdir. Taner Ölmez 9 avqust 1986-cı ildə Tuncelidə anadan olmuşdur. Taner Ölmez, İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr şöbəsinin tələbəsidir. Gənc aktyor İstanbulun Qızıl serialındakı çıxışı ilə diqqət çəkib. Çarşı, Kül və Ateş və Tatar Ramazan'ı əhatə edən Taner Ölmez İtirilmiş Şəhər tərəfindən geniş tanınıb. 1.79 sm boyu və 65 kilo ağırlığında. Uğurlu oyunçu Taner Ölmez ilə yanaşı Ülker Albeni, Ülker Sunny və Piyale Pigafest reklam çarxlarında da iştirak etdi. Dünyaca məşhur The.
Ölməz Partiya
Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır. Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi. Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib. Ağlar: Adolf Andersen Qaralar: Lionel Kieseritzky Debüt: Fil qambiti 1. e4 e5 2.
Daryarpaq ölməz kol
Dişli ölməz kol
Forçunov ölməz kolu
Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir. Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Qırmızı ölməz kol
Rogers ölməz kolu
Muradin Ölməzov
Muradin Ölməzov (qaraç.-balk. Ёлмезланы Мурадин Мусса улу; 20 mart 1949, Taldıkurqan) — Balkar şairi, dramaturq, yazıçı, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000). Muradin Musa oğlu Ölməzov 20 mart 1949-cu ildə sürgündə — Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə alıb. 1958-ci ildə Balkar xalqının reabilitasiyasından sonra Muradinlər ailəsi vətənlərinə — Kabardin-Balkar Muxtar Respublikasına dönmüşlər. Orta təhsilini Nalçikdə tamamladıqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Muradin Ölməzov yaradıcılığa 1969-cu ildə başlamışdır. Onun əsərləri janr baxımından rəngarəngdir: şeir, poema, hekayə, povest, pyes, ədəbi tənqid, tərcümə və s. Şimali Qafqaz Milli Teatrlarının II “Sərhədsiz səhnə” festivalında dramaturqun “Tahir və Zöhrə” pyesi (Vladikavkaz, 2002) ən yaxşı milli tamaşa kimi qiymətləndirilib. Muradin Ölməzovun “Sükutun içi” («Изнанка тишины») pyesinin konflikti yüksək dağlıq ərazidə yerləşən Balkar kəndindəki hadisələr fonunda cərəyan edir.
Ölməzdən əvvəl baxılmalı 50 film
"Ölməzdən əvvəl baxılmalı 50 film" (ing. 50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film 4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır. Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi. 2000-ci illərdə buraxılmış filmlərə doqquz nominasiya, 90-cı illərdəkinə on iki, 80-ci illərə doqquz, 70-ci illərə yenə doqquz və yalnız on bir seçilmiş film 70-ci ildən tez ekranlara çıxmışdır. Ölməzdən əvvəl baxılmalı filmlər — Internet Movie Database saytında.
Ölməzlik
Ölməzlik — cismi və ya ruhani formada sonsuz yaşam barədə konsepsiya. Sonsuz həyat haqqında beyində təsəvvür yaratmaq demək olar ki, mümkün deyil. Onu sadəcə arzulamaq olar. Amma , gözəl dinimiz olan İslam (eləcə də digər səmavi dinlər) ölümdən sonra həyatın varlığı haqqında dəlillər gətirir. Göstərilənlərə inanmaq üçün digər verilən məlumatların düzgünlüyünü sübut etmək lazım gəlir ki, bu da elm vasitəsilə edilir. Hal-hazırda elm Quranın elmi möcüzələrini öyrənmək üzrədir. 14 əsr öncə endirilmiş Bu səmavi kitabın möcüzəvi məlumatlarla zəngin olması onun yazılışının insan zəkasından uzaq olmasını dəfələrlə sübut edir. Bu baxımdan da hər bir insan kamil olmaq üçün dünyaya niyə gəldiyini öyrənmək məcburiyyətindədir.
Şimal porsuğu: Ölməzlik (film, 2013)
Şimal porsuğu: Ölməzlik (ing. Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqoldu. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir.
Şimal porsuğu: Ölməzlik
Şimal porsuğu: Ölməzlik (ing. The Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman, döyüş və elmi fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqold olan filmdir. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. == Məzmun == Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir.

Значение слова в других словарях