Şimal porsuğu: Ölməzlik[1] (ing. The Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman, döyüş və elmi fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqold olan filmdir. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
Şimal Porsuğu 2: Ölməzlik | |
---|---|
The Wolverine | |
| |
Janr |
super qəhrəman filmi Elmi fantastika döyüş |
Əsas mövzu | aviasiya, qas, Nindza |
Rejissor | Ceyms Menqold |
Prodüserlər |
Louren Şoler Donner Xac Parker |
Əsərin müəllifləri |
Frank Miller Kris Klarmont |
Ssenari müəllifləri |
Mark Bombak Skott Frank |
Baş rollarda | |
Operator | Ross Emeri |
Bəstəkar | Mark Beltrami |
İstehsalçılar |
20th Century Fox Marvel Entertainment Donner Kompani |
Distribütor | 20th Century Fox |
İlk baxış tarixi |
16 iyul 2013 (London premyerası) 26 iyul 2013 (ABŞ) |
Müddət | 126 dəqiqə |
Yaş həddi | 12+ |
Büdcə | 120 milyon $ |
Gəlir | 414.8 milyon $ |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq |
Dillər |
İngilis dili Yapon dili |
İl | 2013 |
Əvvəlki film |
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (Şimal porsuğu haqqında xüsusi silsilədə) İks-adamlar: Son müqavimət (“İks-adamlar” film silsiləsində hadisələrin ümumi xronoloji ardıcıllığı baxımından) |
Sonrakı film |
Loqan (Şimal porsuğu haqqında xüsusi silsilədə) İks-adamlar: Gələcəyin keçmiş günləri (“İks-adamlar” film silsiləsində hadisələrin ümumi xronoloji ardıcıllığı baxımından) |
Rəng | Rəngli |
Çəkiliş yeri | Avstraliya, Yaponiya, Sidney |
IMDb | ID1430132 |
Vikianbarda əlaqəli mediafayllar |
Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir. İndi yaşlaşmış Yasida xərçənqdən ölüm ayağındadır və öz hilaskarını görmək istəyir. Tokioya gələrək Loqan Yasida ilə qörüşdə, maraqlı təklif alır. Beləki Yasida ona öz güclərini ona verməsini təklif edir, lakin Loqan bundan imtina edir. Ertəsi gün Yasida ölur və onun nəvəsini qaçırdırlar. Qızı xilas edərkən Loqan qörür ki, onu regenerasiyası bacarıqını itirib…