Sevilay Çelenk Özen
Sevilay Çelenk Özen (1977, Elazığ ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Sevilay Çelenk Özen 1967-ci ildə Elazığ ilinin Maden ilçəsində anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb.
1995-1997-ci illərdə Ankara Universitetində müəllim olaraq çalışıb. 6 yanvar 2016-cı ildə Sülh naminə müəllimlərin bəyannaməsinə imza atan 1128 müəllimdən biri olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib. Səbəb olaraq KK/KCK silahlı terror qrupunun təbliğatını apardığı iddiası göstərilib. 2019-cu ildə bəraət alıb, amma Fövqəladə Hallar Komissiyasının qərarı ilə vəzifəsinə bərpa olunmayıb.
Radio və Televiziya Ali Şurası (RTÜK) və TRT-də aparılan araşdırmalarda şərhçi və məsləhətçi olaraq çalışıb.