Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üzəngi
Üzəngi — atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Zəng
Zəng (film, 1995)
Üləng (Sultaniyə)
Üləng (fars. اولنگ‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (27 ailə).
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. == Qurluşu == Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.
Bora Zeng
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qızıl Üzən
Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır. Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir). == Çayın hövzəsi == Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır. Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir.
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Zəng (1995)
Zəng Vurulanda
Zəng çalınanda (türk. Zil Çalınca) — Disney Channelın öz istehsalı, türk aktyorlarla edilən ilk Türk Disney Channel serialıdır. İlk nümayişini 23 aprel 2012-də Disney Channel Türkiyədə etmişdir. Mövzu olaraq bir Liseydə tənəffüs arasındakı 5 dəqiqədə nələr edilə biləcəyi izah edilməkdədir. == Obrazlar == Metehan (Turhan Cihan Şimşək) - Məktəbin ən üsyankar şagirdidir. Uzun boylu, əsmər, yaraşıqlı bir cavandır. Bacısı Merve isə olmadıq zamanlarda çıxıb gəlir. Bütün zamanını gitar çalmaqla keçirdiyindən qiymətləri çox parlaq deyil. Rok xoşlayır. Merve (Elif Ceren Balıkçı) - Metehanın bacısıdır.
Zəng qülləsi
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Zəng qızı
Zəng qızı — küçə fahişələrindən fərqli olaraq adətən öz peşəsini ictimaiyyətə göstərməyən seks işçisidir. O, adətən fahişəxana kimi bir müəssisədə işləyir, lakin onları adətən eskort agentliyi işə götürür. Müştərilər adətən onların telefon nömrəsinə zəng edərək görüş təyin edirlər.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. == Qaçması == 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Üzən suçiçəyi
Üzən susünbülü
Üzən susünbülü (lat. Potamogeton natans) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin susünbülükimilər fəsiləsinin susünbülü cinsinə aid bitki növü.
Böyük Üzen çayı
Böyük Üzen çayı (qaz. Үлкен Өзен, Қараөзен) — Rusiyanın Saratov vilayəti və Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ərazisindən axan daxili hövzəyə aid çay. == Təsviri == Çayın uzunluğu təqribən 400 kilometrdir (daşqınlar zamanı 650 km-ə çatır ). Hövzəsinin sahəsi 14,300 km²-dir. Başlanğıcını Obşı Sırtın cənub-qərb yamaclarından götürür. Axarının yuxarı hissəsində cənub-qərbə axır, Solyanka çayı ilə birləşdikdən sonra cənub-şərqə tərəf dönür. Qazaxıstanda çay Kamış-Samara adı ilə tanınan geniş göl və bataqlıqlar ərazisində axır. Böyük Üzen çayına Altata qolu sol tərəfdən birləşir. Sakrıl gölündən Böyük Üzen çayının sağ hissədən kiçik bir kanal ona bağlanır. Çay yatağı olduqca dərindir, sahillər dik, Jalpaktalda astanalar vardır.
Zəng (film, 1995)
Zəng (film, 2002)
== Məzmun == Sirrlərlə dolu bir video-kaset. Bu video-kaseti izləyənlər 7 gün ərzində müəmmalı bir şəkildə ölürlər. Jurnalist Riçel Keller, 4 gəncin ölməsindən sonra bu hadisəni araşdırmağa qərar verir və kaseti izləyir. İzlədikdən sonra özü ilə birlikdə oğlunun da həyatı təhlükəyə girən və rəfiqəsi Noah′ın köməyini istəyən Keller′ə bu hadisənin üstünü açması üçün sadəcə 7 gün qalır.
Zəng (film, 2014)
"Zəng" — Səmimi Fərhad tərəfindən 2014-cü ildə çəkilən Azərbaycan tammetrajlı kinokomediya filmi. == Məzmun == Filmin sujet xətti yalan və böhtan olan bir telefon zənginin nəticəsində qonşuluqda qısqanclıq, qısqanclıq isə qeyri adi şəkildə hadisələrin mubahiselere çevrilməsindən bəhs edir. Eyni zamanda bu film Azərbaycan dilinin qorunu saxlanmasına xidmət etmişdir.Kinokomediya Eldar İmanovun “Qonşuluqda qısqanclıq” pyesi əsasında ərsəyə gəlib.Filmdə baş verən hadisələr bir binada yaşayan qonşular arasında cərəyan edir. Qalmaqalın əsas səbəbkarı isə Safura(Telli Hüseynova) adlı dedi-qoduçu xanım olur. Bir zəng səbəbindən bütün qonşular bir-birinə dəyir. Nəticədə polis serjantı (Məmmədağa Əlili) qalmaqalın səbəbini ortaya çıxarır. Filmdə bu gün üçün aktual olan ana dilimizin qorunması məsələsi də qabardılıb. Eldar İmanovun canlandırdığı Arif obrazı hər addımda rus dili kəlməsindən istifadə edənləri tənqid edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Eldar İmanov Ssenari müəllifi : Eldar İmanov Quruluşçu rejissor : Səmimi Fərhad Quruluşçu operator : Soltan Abdullayev Rejissorlar : Nicat Ələsgərov,Eko Safari Rekordmen fotoqraf : Eko Safari Səs rejissoru və musiqi tərtibatı: Firdovsi Nəbiyev Montaj : Firdovsi Nəbiyev Qrim üzrə rəssam : Ellada Fətəliyeva Operatorlar : Vəli Vəlizdə Operator assistenti : Murad Cəfərov İşıqçılar : Tural Şəfiyev,Vəli Vəlizadə Dekor dizayn : Afaq Ağayeva Prodüser və filmin direktoru: Afət Şeyxəliyeva İstifadə edilən mahnılar: "Ədalət Nəsibov" (Yanıq Kərəmi,Baş Sarıtel), "Habil Əliyev" (Segah),MUSE SMOKEY(Muse Sweet Georgia Brown,Sonic Implants Brass) və digərləri.
Zəng (film, 2021)
Zəng – İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə keçirilən və 44 günlük müharibədə çalınan 8 noyabr Zəfər gününə həsr olunmuş qısametrajllı filmdir. Ssenari müəllifliyi və rejissorluğu Ruslan Sabirliyə məxsus bu film 2021-ci ildə çəkilmişdir. Film 8:30 dəqiqə ərzində 30 il müddətdə Azərbaycan xalqının yaşadığı duyğuları, emosiyaları rejissor həlli ilə tamaşaçıya çatdırır. Filmin qəhrəmanları 30 il öncə I Qarabağ Müharibəsində şəhid olmuş ata və 30 il sonra II Qarabağ Müharibəsində qələbə müjdəsini verən oğuldur. Ata ilə oğul arasındakı duyğusal dialoq filmin süjet xəttini təşkil edir. Filmin ssenaristi və rejissoru Ruslan Sabirli filmdə qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayıb. Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir. == Film haqqında bilinməyən faktlar == Rejissor bu filmin ideyasını yuxusunda görüb, sonradan onu ssenari şəklində yazıb və film çəkmək qərarına gəlib. Filmin ssenaridə ilkin adı “Zəfər Zəngi” olub, amma sonra “Zəng” adı ilə əvəzlənib.
Zəng (musiqi aləti)
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Üzən valyuta kursu
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
Üzən faiz dərəcəsi
Üzən faiz dərəcəsi (ing. Floating interest rate) — kredit, istiqraz, ipoteka və ya kredit kimi hər hansı növ borc aləti üzrə bütün ömrü boyu sabit faiz dərəcəsi olmayan faiz dərəcəsi. Bu dərəcə müəyyən fasilələrlə vaxtaşırı nəzərdən keçirilir və kredit bazarındakı vəziyyətdən asılıdır. Üzən faiz dərəcələri adətən indikativ dərəcədən (istehlak qiymətləri indeksi kimi hər hansı maliyyə amilinin etalonundan) asılı olaraq dəyişir. Üzən faiz dərəcələrinin tətbiqi üçün etalon kimi istifadə edilən ən geniş yayılmış göstərici dərəcələrdən biri London Banklararası Təklif Faiz dərəcəsi və ya LIBOR-dur (böyük bankların bir-birinə borc vermə dərəcəsi). Tipik olaraq, üzən faizli kreditlər, gəlir əyrisindən qismən asılı olaraq, sabit faizli kreditlərdən daha az başa gələcək. Daha aşağı kredit dərəcəsi müqabilində borcalan faiz dərəcəsi riskini üzərinə götürür: faizlərin gələcəkdə yüksəlməsi riski. Gəlir əyrisinin tərsinə çevrildiyi hallarda, üzən faiz dərəcələri ilə borclanmanın dəyəri əslində daha yüksək ola bilər, lakin əksər hallarda kreditorlar uzunmüddətli sabit faiz dərəcəsi kreditləri üçün daha yüksək dərəcələr tələb edirlər, çünki onlar faiz dərəcəsi riskini daşıyırlar (dərəcənin aşağı düşməsi riski). yüksəlir və onlar başqa cür ola biləcəklərindən daha az faiz gəliri alacaqlar). Üzən faiz dərəcəsi ilə kreditlər əsasən hüquqi şəxslərə verilir.
Büzen
Büzen (fr. Buzeins, oks. Busens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12040. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 74 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 62,2%).
Slenq
Slenq (ing. slang) — müxtəlif sosial qruplarda (peşəkar, yaş və s.) işlədilən xüsusi, yeni mənalı sözlər. İngilis dilində "slenq" termini XIX əsrin əvvəllərində geniş yayılmağa başlayıb. Terminin etimologiyası indiyə qədər aydınlaşdırılmayıb.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. == Tarixi haqqında == Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. == Qaynaq == Фарид Алекперли - Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7-ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Xpeng
Guangzhou Xiaopeng Motors Technology Co., Ltd., — adətən XPeng kimi tanınan XPeng Motors kimi fəaliyyət göstərən Çinli elektrik avtomobil istehsalçısı.