ÜZÜCÜ I sif. Üzücü, suda üzən. Hərçəndi Yasəmən çox üzücü idi, amma bu iti axan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi (S.S.Axundov).
ÜZÜCÜ II sif. Yorucu, cansıxıcı. Bir-birindən üzücü, əzablı fikirlər onun qəlbini sıxırdı (C.Gözəlov).