ÜZÜK-UDLAQ

прил. перстнеглоточный. анат. Üzük-udlaq əzələsi перстнеглоточная мышца, üzük-udlaq bağı перстнеглоточная связка
ÜZÜK-ÇALOVABƏNZƏR
ÜZÜK-ÜZÜK
OBASTAN VİKİ
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Üzük-üzük
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Dil-udlaq siniri
IX cüt kəllə (dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus - X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.
Üzük gizlətdi
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Üzük-qalxanabənzər oynaq
Üzük-qalxanabənzər oynaq (lat. articulatio cricothyreoideum) — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki lat. facies articularis thyreoidea ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə lat. lig. cricothyreoideum adlanan bağ çəkilmişdir.
Üzük-qalxanabənzər əzələ
Üzük-qalxanabənzər əzələ (lat. musculus cricothyroideus) — qırtlağın xarici qrup əzələsi. Bu əzələ üzüyəbənzər qığırdaq qövsünün xarici səthindən başlayaraq lifləri yelpinc kimi yuxarı və arxaya doğru yayılır və qalxanabənzər qığırdağın aşağı kənarına, üzük-qalxanabənzər oynaq (lat. articulati cricothyreoidea) kapsuluna və aşağı buynyza bağlanır. Öz liflərinin gedişinə görə iki hissəyə bölünür: düz hissə (lat. pars recta) şaquli istiqamətdə düz yuxarı qalxır və çəp hissə (lat. pars obliqua) yan və arxaya doğru gedir. Vəzifəsi qalxanabənzər qığırdağı üzüyəbənzər qığırdağa yaxınlaşdıraraq çalovabənzər qığırdaqların arasındakı məsafəni və qalxanabənzər qığırdaq bucağını böyüdür və səs bağlarını gərginləşdirir.
Üzük-çalovabənzər oynaq
Üzük-çalovabənzər oynaq (lat. articulatio cricoarytenoidea) — qırtlağa aid oynaq. Üzük-çalovabənzər oynaq çalovabənzər qığırdağın əsasındakı lat. facies articularis cricoidea üzüyəbənzər qığırdağın səfhəsi üzərindəki lat. facies articularis arytenoidea ilı birləşməsindən əmələ gəlmişdir. Bu oynağın kapsulu nazikdir və arxa tərəfdən bir bağ — lat. lig. cricoarytenoideum posterius vasitəsilə möhkəmlənmişdir. Çalovabənzər qığırdaq bu oynaqda öz oxunun başına hərlənərək önə, arxaya, içəri və bayır tərəfə hərəkət edir.
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Dal üzük-çalovabənzər əzələ
Dal üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus posterior) — qırtlağın əzələsi. Dal üzük-çalovabənzər əzələlər qırtlaqdakı kiçik, cütləşmiş daxili əzələlərdir, krikoid qığırdaq arasında qırtlaqdakı aritenoid qığırdaqlara qədər uzanır.
Üzük-nəfəs borusu bağı
Üzük-nəfəs borusu bağı (lat.
Üzüklərin hökmdarı: Üzük qardaşlığı
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsəri əsasında 2001-ci ildə rejissor Piter Ceksonun çəkdiyi film trilogiyasının birinci hissəsidir. Ekranlara 19 dekabr 2001-ci ildə buraxılmışdır. Film 4 Oskar və 68 digər mükafat və 81 nominasiya qazanmışdı. 2001-ci ildə istehsal olunan film fentezi janrında olan filmlər üçün dönüş nöqtəsi yaratmışdır. 2017-ci ilə qədər ən yaxşı film siyahılarında yer almışdır. 2001-ci ildə ABŞ-nin ikinci ən çox gəlir gətirən fentezi filmi hesab olunmuşdur. == Məzmun == Orta Dünyanın İkinci Dövründə elflərə, qnomlara və insanlara qüvvət üzükləri verilir. Üzüklərdən üçü, varlıqların ən arifi və ən zərifi ölməz elf xalqına, yeddisi mahir mədənçilər, sənətkarlar və dağların dərinliklərində yaşayan qnomlara, doqquzu isə varlıqların ən gücə düşkünü olan insanlara verilmişdi. Bu üzüklər bütün dünyanı mühafizə etmək gücündədir.
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (film, 2001)

Şan-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.