ÜÇCƏ

только три, всего три
ÜÇBUCAQLI
ÜÇDƏBİR
OBASTAN VİKİ
Üçcəhətli krallığı
Üçcəhətli krallığı (xorv. Trojedna kraljevina) — Avstriya-Macarıstan İmperiyasının tərkibində xorvat dövlət quruluşu. O, Xorvatiya, Slavoniya və Dalmatsiya ərazilərini birləşdirmiş və Xorvatiya krallığı, Slavoniya krallığı (Xorvatiya və Slavoniya krallığı olaraq birləşdirilmişdir) və Dalmatsiya krallığından ibarət idi, hansılar ki şəxsi ittifaq olaraq xorvat tacı ətrafında birləşdirilmişdir, hansı ki öz növbəsində macar tacı ilə şəxsi ittifaqda idi və Müqəddəs İştvan tacı torpaqlarına aid idi. 1848-ci ilə qədər xorvatlar həm macarlar, həm də Vyana hofkriqsrat (Avstriya imperiyasının saray hərbi məclisi) tərəfindən mübahisələndirilən ərazilərlə bağlı iddialar irəli sürürdülər. 1848-ci il inqilabları zamanı xorvat millətçiləri xorvat mədəni və siyasi birliyinə çevriləcək müstəqil Üçcəhətli krallığın yaradılmasını təklif etdilər. Xorvatiyanın siyasi təmsilçiləri imperiya ideyasının tərəfdarları idilər və üç krallığın birləşdirilməsini tələb edirdilər. 1867-ci il Avstriya-Macarıstan və 1868-ci il Macarıstan-Xorvatiya müqavilələrindən sonra Macarıstanın Slavoniyaya və Avstriyanın hərbi sərhədə olan iddiaları ləğv edildi, lakin Dalmatsiyanın imperatorluğun Avstriya hissəsinə aid olduğu statusu qorundu. Buna baxmayaraq, 1868-ci il Macarıstan-Xorvatiya Sazişinin 1-ci maddəsində "Müqəddəs İştvan tacının torpaqları" kimi tanınan ərazi "Macarıstan krallığı və Dalmatsiya, Xorvatiya və Slavoniya krallığların dövlət birliyi" olaraq tanımlandı. 1874-cü ildə İvan Kukuleviç Saktsinski "Codex diplomaticus" əsərində Xorvatiya, Dalmatsiya və Slavoniya Krallığından bəhs edən arxiv sənədləri yayımladı: "Privilegia Regnorum Croatiae, Dalmatiae et Slavoniae", 1377-ci il tarixli; "Protocolla Congregationis generalis Regnorum Croatiae, Dalmatiae et Slavoniae", 1557-ci il tarixli; "Acta Congregationum Regni", 1562-ci il tarixli; "Transumpta documentorum iura Croatica tangentium", 1249-cu il tarixli. 19-cu əsrin sonlarında Üçcəhətli krallığın tanınması Xorvatiya Müstəqil Xalq Partiyası və Dalmatsiya Xalq Partiyasının əsas məqsədi idi.

Значение слова в других словарях