Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlar Cümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Vahidli
Vahidli — Azərbaycan Respublikasının Tovuz rayonunun Vahidli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Oykonim Vahid (şəxs adı) və -lı (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, "Vahidin nəslindən olanlar" məna­sındadır. == Tarixi == === Tarixi abidələri === Vahidli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın sahilində, Kiçik Qafqazın ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi kənd təsərrüfatı — bitkiçilik (taxıl, kartof, lobya, pomidor, xiyar və s.) və heyvandarlıqla, arıçılıqla məşğuldur. == Mədəniyyəti == Kənddə Vahidli kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbi fəaliyyət göstərir. Bundan başqa kənddə Vahidli kənd uşaq bağçası fəaliyyətdədir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Vahidli kənd həkim məntəqəsi yerləşir.
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Vasili
Vasili — Rus kişi adı. Vasili Stalin Vasili Bartold — şərqşünas, türkoloq, tarixçi, akademik.
Vacib
Vacib əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə günah yazılan əməldir. == Növləri == Vacib əməlin növləri aşağıdakılardan ibarətdir: === Nəfsi və qeyri-vaciblər === Nəfsi vacib ayrı bir əmələ çatmaq üçün deyil, məhz özlüyündə vacib sayılan əmələ deyilir ki, buna misal olaraq namaz və orucu qeyd etmək olar. Qeyri-vacib isə ayrı bir vacib əmələ çatmaq üçün vacib sayılan əmələ deyilir ki, buna misal olaraq, dəstəmaz, cənabət qüslü, paltarı paketmək və s. bu kimi işləri qeyd etmək olar. Bu növ vacib əməllərə «müqqəddəmi» vacib də deyilir. === Təəbbüdi və təvəssüli vaciblər === Təəbüdi vacib elə bir əmələ deyilir ki, yalnız qürbət və ibadət niyyəti ilə əncam verilməli, əks təqdirdə isə batil hesab olunacaqdır. Məsələn, həcc və namaz və s. Təvəssüli vacib isə qürbət niyyəti olmasa belə, əməlin özünün əncam verilməsi kifayətedici sayılan vacib işə deyilir. Buna misal olaraq namaz qılmaq üçün murdar şeyi yumaq və ya bədəni pak etmək kimi əməlləri qeyd etmək olar. === Eyni və kifayi vaciblər === Eyni vacib hər bir mükəlləfin xüsusi tərzdə tələb edilən vacib əmələ deyilir.
Kamil Katibli
Kamil Katibli - Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri K.Katibli 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Tələbə ikən 1969-cu ildə Əlcazirə SSRİ Müdafiə Nazirliyinin xətti ilə ezamiyyətə göndərilmişdir. 1971-1973-cü illərdə ordu sıralarında hərbi tərcüməçi kimi xidmət etmişdir (Yəmən Ərəb Respublikası). 1974-1976-cı illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin təşkilat-təftiş şöbəsinin müfəttişi olmuşdur. 1976-1979-cu illərdə İraqda SSRİ Müdafiə Nazirliyinin xətti ilə hərbi tərcüməçi kimi uzunmüddətli ezamiyyətə göndərilmişdir. 1979-1980-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında tərcüməçi, baş redaktor vəzifəsində işləmişdir. 1980-1983-cü illərdə xarici ezamiyyətdə olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdarəsinin ümumi şöbəsində birinci dərəcəli mütəxəssis, rəhbərliyin katibliyində mətbuat katibi, Mətbuat mərkəzində baş mütəxəssis, böyük referent, mərkəzin rəhbəri vəzifəsində olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatın) məxfi şöbəsinin müdiridir.
Tacirli (İğdır)
Tacirli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 10 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 809 nəfər erməni yaşayırdı.
Vahidli bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Vasili Abayev
Vasili İvanoviç Abayev (oset. Абайты Васо; 2 (15) dekabr 1900, Kobi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 18 mart 2001[…] və ya 12 mart 2001, Moskva) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası. == Həyatı == Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925). Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. == İstinadlar == == Xarici keçidlər == Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev.
Vasili Abaşidze
Vasili (Vaso) Alekseyeviç Abaşidze (gürc. ვასილ (ვასო) ალექსის ძე აბაშიძე; 22 noyabr (4 dekabr) 1854, Duşeti, Rusiya imperiyası – 9 oktyabr 1926, Tiflis, SSRİ) — Gürcüstan aktyoru, Gürcüstan SSR xalq artisti (1922). O, milli aktyor sənətində realizm cərəyanının banilərindən biri hesab edilir. == Həyatı == 4 dekabr 1854-cü ildə Rusiya imperiyasında, indiki Gürcüstanın Duşeti şəhərində anadan olmuşdur. İbtidai təhsilini Tiflisdə almış, sonra Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1872–1877-ci illərdə Kutaisidə, 1877–1879-cu illərdə Şuşada müəllimlik etmişdir. Abaşidze 1874-cü ildə Kutaisidə Aleksandr Ostrovskinin “Gəlirli yer” pyesinin gürcü dilində ilk tamaşasında iştirak etmişdir. == İstinadlar == == Xarici keçidlər == Абашидзе, Василий Алексеевич — статья из Большой советской энциклопедии.
Vasili Adadurov
Vasili Vasilyeviç Adadurov (rus. Васи́лий Васи́льевич Ададу́ров; 1765 – 28 aprel 1845, Sankt-Peterburq) — Rusiya sərkərdəsi, general-mayor. Napoleon müharibələri dövründə yaşamışdır. == Həyatı == Vasili Vasilyeviç Adadurov 1765-ci ildə anadan olmuşdur. O, 1781-ci ildə leytenant rütbəsində Həyat Mühafizəçiləri Preobrajenski alayına daxil olmuşdur. Adadurov 1788-1790-cı illərdə Fin körfəzində avarçəkmə flotiliyasında olarkən isveçlilərlə müharibədə iştirak etmişdir. O, 6 aprel 1798-ci ildə Tiflis muşketyor alayının rəisi təyin edilərək İzmailovski alayının mühafizəçilərinin polkovnikindən general-mayor rütbəsinə yüksəlmişdir. Adadurov 5 oktyabr 1798-ci ildə "yeni vəzifəyə gəlməyi gecikdirdiyinə görə" işdən azad edilmişdir. Adadurov 1801-ci ilin martında hərbi xidmətə çağırılmışdır. O, 8 noyabr 1804-cü ildə Tobolsk muşketyor alayının rəisi təyin edilmişdir.
Vasili Adodurov
Vasili Yevdokimoviç Adodurov (rus. Васи́лий Евдоки́мович Адоду́ров; 15 (26) mart 1709 və ya 26 mart 1709, Veliki Novqorod – 5 (16) noyabr 1780 və ya 16 noyabr 1780, Moskva) — Rusiya riyaziyyatçı, filoloqu, rusşünası, Peterburq Elmlər Akademiyasının müəllimi, adyunktu (1733) və fəxri üzvü (1777), Moskva Universitetinin kuratoru. == Həyatı == Vasili Adodurov 15 mart 1709-cu ildə Rusiya imperiyasında, Novqorod şəhərində əsilzadə ailəsində anadan olmuşdur. O, 1723–1726-cı illərdə Moskva Akademiyasında (1775-ci ildən Slavyan-Yunan-Latın Akademiyasında), sonra Akademik Universitetdə (1731-ci ildən tərcüməçi) təhsil almışdır. Adodurov Qotlib Bayerin elmi əsərlərini alman dilindən tərcümə etmişdir (Gerhard Millerin redaktorluğu ilə nəşr edilmişdir); Leonard Eylerin rəhbərliyi altında riyaziyyatı öyrənmişdir. O, 1-dən hər hansı bir seçilmişə ardıcıl olaraq alınan natural ədədlərin kublarının cəminin bu eyni ədədlərin cəminin kvadratına tam bərabər olduğu bir teorem tərtib etmişdir [13 + 23 + 33 + ... = (1 + 2 + 3 + ...)2]. Adodurov 1731-ci ildə Erenreyx Veys­ma­nın alman-latın-rus lüğəti haqqında qısa bir esse tərtib etmişdir (rus dilində yazılmışdır; 1750-ci ildə M. Qröninq tərəfindən isveç dilində nəşr edilmişdir). O, 1733-cü ildən ali riyaziyyat kafedrasının adyunkturasıdır. Adodurov Eylerin əsərlərini tərcümə etmişdir (Arifmetika üçün qısa bələdçi, 1740; İnteqral hesablama haqqında diskurs, nəşr olunmamışdır).
Vasili Ajayev
Vasili Nikolayeviç Ajayev (rus. Васи́лий Никола́евич Ажа́ев; 30 yanvar (12 fevral) 1915, Moskva quberniyası[d] – 27 aprel 1968[…], Moskva, RSFSR, SSRİ) — SSRİ yazıçısı. O, "Moskvadan uzaqda" (1948; SSRİ Dövlət mükafatı, 1949) romanında İkinci Dünya müharibəsi illərində tayqada neft kəmərinin çəkilişində iştirak edən müharibə əsirlərinin zəhmətini azad insanların əmək şücaəti kimi təsvir etmişdir. 1930-cu illərin insanlarının, metro inşaatçılarının faciəli taleyindən bəhs edən "Vaqon" romanının (1955–1964, 1988-ci ildə çap olunub) müəllifidir. == Müfakatlar == I dərəcəli "Stalin" mükafatı (1949) – "Moskvadan uzaqda" romanına görə (1948). "Qırmızı əmək bayrağı" ordeni (1965). == Əsərləri == "Moskvadan uzaqda", 1948 "Sonsuz tarix", 1971 "Həyata ön söz", 1972 "Vaqon", 1988 ("Dostluq xalqları" jurnalı, 1988, № 6–8) == İstinadlar == == Əlavə ədəbiyyat == Lahusen Thomas. How Life Writes the Book: Real Socialism and Socialist Realism in Stalin’s Russia. Ithaca, New York; London: Cornell University Press, 1997.
Vasili Aksyonov
Vasili Pavloviç Aksyonov (rus. Васи́лий Па́влович Аксёнов; 20 avqust, 1932 – 6 iyul, 2009) — rus yazıçısı. == Həyatı == Vasili Aksyonov 1980-2004-cü ildə Amerikada mühacirətdə yaşamışdı. == Əsərləri == Vasili Aksyonovun “Moskva saqası” trilogiyası, “Yanıq”, “Krım adası” romanları, “Mərakeşdən portağallar”, “Mənim babam heykəldir” povestləri və sairə əsərləri var.
Vasili Aleksandri
Vasili Aleksandri (mold. Василе Александри, rum. Vasile Alecsandri; 21 iyul (2 avqust) 1821, Bakeu judetsi, Moldova knyazlığı – 22 avqust (3 sentyabr) 1890[…], Mirçeşti[d]) — Moldova və Rumıniya yazıçısı, publisist, folklor toplayıcısı. == Həyatı == Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir.
Vasili Amaşukeli
Vasili Yakovleviç Amaşukeli (gürc. ვასილ ამაშუკელი; 14 mart 1886, Kutaisi – 1 dekabr 1977, Tbilisi, SSRİ) — SSRİ rejissoru, operator, Gürcüstan SSR-nin xalq artisti.(1974) == Həyatı == Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. İlk gürcü operatorudur. 1906-cı ildən Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə yaşamışdır. Əsasən sənədli filmlər çəkən Amaşukeli sonralar kinodan uzaq düşmüşdür. == Filmoqrafiya == Bakı bazarlarının tipləri (film, 1907) (qısametrajlı sənədli film) Daş-kömür daşınması (film, 1907) (qısametrajlı sənədli film) Dəniz kənarında gəzinti (film, 1907) (qısametrajlı sənədli film) Neft buruqlarında iş (film, 1907) (qısametrajlı sənədli film) Neftin çıxarılması (film, 1907) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Vasili Bakşeyev
Vasili Nikolayeviç Bakşeyev (rus. Васи́лий Никола́евич Бакше́ев) — sovet rəssamı. Peterburq Rəssamlıq Akademiyasının akademiki (1913). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947). SSRİ xalq rəssamı (1956). == Həyat və yaradıcılığı == Vasili Bakşeyev 24 dekabr 1862-ci ildə Moskvada anadan olmuşdur. 1877—1888-ci illərdə A.K.Savrasov, V.D.Polenov və başqalarından dərs almışdır. Realist rəssamlar Birliyinin (1927—1931) təşkilatçılarından olmuşdur. Erkən yaradıcılığı son peredvijnikçilik ənənələri ilə bağlı idi. ("Gündəlik həyat" 1892—1893, "Evə qayıtma" 1898; hər ikisi Tretyakov qalereyasındadır).
Vasili Barnov
Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi. == Həyatı == Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir. Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər. Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir. O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi. == Yaradıcılığı == Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.
Vasili Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
Vasili Barvinski
Vasili Barvinski – (20 fevral 1888, Ternopıl, Sisleytaniya – 9 iyun 1963, Lvov) Ukraynalı bəstəkar, pianoçu, musiqişünas və müəllimdir. Barvinski dünya səviyyəsində tanınan ilk Ukrayna bəstəkarlarından biri idi. Əsərləri yalnız Sovet İttifaqında deyil, Vyana, Leypsiq, Nyu-York və Yaponiyada da yayımlanıb. == Həyatı == Vasili Barvinski (ukr. Василь Олександрович Барвінський) 1888-ci il 20 fevralda Ukraynanın Ternopol şəhərində doğulub. Atası Aleksandr Barvinski tanınmış pedaqoq, siyasətçi və ictimai xadim idi. 1917-ci ildə Avstriya yuxarı palatasına üzv seçildi. Anası isə müğənni və pianoçu idi. Vasilinin ilk musiqi müəllimi elə anası olub. === Təhsili === Peşəkar musiqi təhsilinə Lvov konservatoriyasında başlayıb.
Vasili Boqoroditski
Vasili Alekseyeviç Boqoroditski (7 (19) aprel 1857 və ya 19 aprel 1857, Yoşkar-Ola, Kazan quberniyası – 23 dekabr 1941, Kazan) SSRİ Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Paris Dilçilik Cəmiyyətinin üzvü, Kazan Dilçilik Məktəbinin yaradıcılarından biri. Eksperimental fonetika, dialektologiya, slavyanşünaslıq, türkologiya üzrə ümumi dilçi tədqiqatçı. == Bioqrafiya == 1857-ci ildə Rusiya İmperiyası, Kazan quberniyasının Yoşkar-Ola şəhərində keşiş ailəsində anadan olmuşdur. 1868-ci ildən Kazan Gimnaziyasında, daha sonra (1876–1880-ci illərdə) Kazan Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Kazan Tatar Müəllimlər Seminariyasında və Kazan Universitetində dərs demişdir. 1884-cü ildə "Ortaq rus dilində səssiz saitlər", 1888-ci ildə — "Rus qrammatikasının gedişi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Müqayisəli dilçilik, Hind-Avropa dillərinin müqayisəli qrammatikası (1884-cü ildə), Sanskrit və müqayisəli qrammatika (1886-cı ildən) şöbələrində xüsusi köməkçi professor vəzifəsində çalışmışdır. 1884-cü ildə dünyanın ilk təcrübi fonetika laboratoriyasını təsis etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Vasili Boqoroditski Kazan Şərq Pedaqoji İnstitutunda dərs demişdir. Rus, tatar və digər dillərin (Boqoroditski dünyada ilk olaraq öyrənməyə başlamış şəxslərdən biridir) eksperimental fonetikasında aparılan tədqiqatlarla yanaşı, "Rus qrammatikasının ümumi kursu" (1904), "Ümumi mühazirələr" dərsliklərinə də sahibdir.
Vasili Buturlin
Vasili Vasilyeviç Buturlin (bilinmir, Çar Rusiyası – 1656 və ya dekabr 1655, Kiyev) — zadəgan (boyar) Böyük Moskva knyazlığının hərbi lider və diplomatı idi. 1654-cü ildə Pereyaslavda Boqdan Xmelnitski ilə aparılan danışıqlarda Moskva elçisi olaraq daha yaxşı tanınmışdır. Növbəti il Buturlin Stanislav Revera Potoçkiyə qarşı Moskva ekspedisiya qüvvələrini uğurla idarə etmiş və Boqdan Xmelnitskinin kazak ordusuna kömək etmişdir. Elə həmin ilin dekabrında Buturlin çar hökuməti tərəfindən geri çağrıldı və Moskvaya qayıdarkən yolda öldü.
Laçınlı
Laçınlı — təxəllüs. Ağa Laçınlı — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi. Aybəniz Laçınlı — Azərbaycan aşığı. Telman Laçınlı — İqtisadçı, şair-publisist. Digər Laçınlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Vakıflı
Vakıflı — Türkiyənin Samandağ bölgəsində yerləşən kənd. Vakıflı kəndi, Türkiyədə etnik mənsubiyyəti erməni olan yeganə kənddir. Musa dağının ətəklərində yerləşən kənd, Suriya sərhəddinə yaxındır. Kənd əhalisi cəmi 135 nəfərdir. Yerli əhali erməni dilinin qərb ləhçəsində danışması səbəbindən, şərq ermənilərini danışıq zamanı tam anlaya bilmirlər. Lakin ermənicə yalnız kiçik bir azlıq tərəfindən danışılmaqdadır və əksəriyyəti ana dili olaraq türk dilində danışır. Kənddə məktəb binası, tibb məntəqəsi və kilsə fəaliyyət göstərir. == Məlumat == Kəndin tarixi haqqında tarixi mənbələrdə müxtəlif məlumatlar vardır. Osmanlı mənbələrində kəndin Sultan II Mahmuddan əvvəlki vəziyyəti haqqında məlumat verilir. XIX əsrin ortalarına qədər Vakıflı yoğunolu kəndinin biçənək ərazisi olmuşdur.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Hacılı
Kəndlər Hacılı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Asif Talıblı
Aybəniz Laçınlı
Aybəniz Laçınlı (Vəliyeva Aybəniz Sabir qızı; 1963, Nağdalı, Laçın rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aybəniz Vəliyeva 1963-cü ildə Laçın rayonunun Şamkənd sovetliyinin Nağdalı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə şifahi xalq ədəbiyyatına və saza-sözə maraq göstərmişdir. Aybənizin saza-sözə olan marağı atası Sabir Vəliyevdən keçmişdir. Aybənizin anası Şərqiyyə xanım Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, respublika səviyyəsində tanınmış bir qadındır. Dədə Şəmşirin lent yazılarından, radioda olan çıxışlarından bəhrələnən Aybəniz 1980-ci ildə Kəlbəcər rayonundan olan tanınmış ustad aşıq Qəmkeş Allahverdinin şagirdi olmuşdur. Aşıq Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir. == Yaradıcılığı == 1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və bir neçə tanınmış ustad aşıqlarla — Aşıq Əhməd Sadaxlı, Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və başqa aşıqlarla dəfələrlə görüşmüşdür. İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı ΙV Aşıqlar Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allahverdi Ağa Laçınlıya müraciət edərək demişdir: "Ağa müəllim, ilk dəfə Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz.
Ağa Laçınlı
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi. == Həyatı == Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb. 1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb. Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub.
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). Repressiya qurbanıdır. == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur.
Laçınlı (Urmiya)
Laçınlı (fars. لشنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (40 ailə).
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) == Həyatı == Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Tahir Talıblı
Tahir Talıblı (tam adı:Maşayev Tahir İslam oğlu; 22 fevral 1948, Evli, Kalinino rayonu) — Şair, publisist, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1990), Əməkdar jurnalist == Həyatı == Tahir Talıblı 1948-ci ilin fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirmişdir. 1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975–1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980–1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur. Həmin ildən Bakı şəhərində yaşayır. == Ailəsi == Ailəlidir, 3 övladı var. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Savalan Talıblı Tahir Talıblının oğludur. == Fəaliyyəti == 1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur.
Telman Laçınlı
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. == Həyatı == Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
İsmayıl Talıblı
İsmayıl Məmmədəli oğlu Talıblı (21 mart 1898, Bakı – 23 iyul 1967, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti. Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb. == Həyatı == İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib. == Yaradıcılığı == 1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.
Hacı Hacılı
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan bir kənddir. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır. == Tarixi == Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi. Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.