ŞAHİSMAYIL

Şah İsmayıl (XVI əsr məşhur Azərbaycan şairi və dövlət xadimi Şah İsmayılın adındandır).
ŞAHİNƏ
ŞAHKƏRƏM
OBASTAN VİKİ
Şahismayıl Məmmədov
Şahismayıl Məmmədov (azərb. Məmmədov Şahismayıl Şəmmədoğlu‎; 10 aprel 1962, Kosalı, Qardabani rayonu) — Gürcüstan Respublikasının əməkdar jurnalisti, "Şərəf" və "Şöhrət" ordeninə layiq görülmüş azərbaycan əsilli jurnalisti. == Həyatı və təhsili == Məmmədov Şahismayıl Şəmmədoğlu, 1962-ci il 10 apreldə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Kosalı kənd orta məktəbində təhsil almış və məktəbi fərqlənmə ilə bitirmişdir. 1980-ci ildə SSRİ-nin 50 İlliyi adına Azərbaycan Pedaqoloji Xarici Dillər Universitenin fransız dili fakültəsində təhsil almışdır. 1985-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakültəsində qiyabi təhsil almışdır və 1986-cı ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 3 övladı və 3 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1986-cı ildən 1989-cu ilə qədər Kosalı rayonu orta məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1992-ci ilə qədər o zaman SSRİ Nazirlər Sovetinin mərkəzi komitənin və Ali Sovetin orqanı olan "Sovet Gürcüstanı" qəzetində xüsusi muxbir vəzifəsində və Xəbərlər Departamentinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
Şahismayıl İsmayılov
Şahismayıl Namaz oğlu İsmayılov (1 aprel 1956, Göllü, Amasiya rayonu) – Tarixçi, araşdırmaçı alim, tarix üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dillər Universitetinin və Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının baş müəllimi. == Həyatı == Şahismayıl Namaz oğlu İsmayılov 1956-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində anadan olub. 1974–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi rütbəsi leytenant. Ailəlidir, 1 övladı var. SSRİ dövründə Sərhəd Qoşunlarında əla xidmət etdiyinə görə 2 dəfə döş nişanı ilə təltif edilmişdir. == Təhsili == 1963–1973-cü illərdə Amasiya rayon orta məktəbində təhsil almışdır. Azərbaycan Respublikası 60 illiyi adına Xankəndi Pedaqoji İnistutunun Tarix fakültəsi üzrə 1979–1984-cü illərdə təhsil almış və 1984-cü ildə bitirmişdir. İsmayılov Şahismayıl Namaz oğlu 2013-cü ildə "XVII yüzilliyin 80–90-cı illərində səfəvi dövlətinin sosial-iqtisadi həyatı (Sanson və Engelbert Kempferin "Səyahətnaməsi" əsasında)" mövzusunda 5502.01– Ümumi tarix ixtisası üzrə tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
заме́ливание картезиа́нство перегрунтова́ть придува́ться геле́ртер гру́зность кадрови́к кумысолече́ние морко́вь мула́тка пеня́й на себя протра́ливаться публикова́ться сарга́н семени́ть траги́ческое automatics bed-sore chou efficiency plan home-banking huge rake hygeian penny-dog авиапочтой