Şahmansurlu (əvvəlki adı: Şahmasur) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Şahmasur kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Şahmasur kəndi Şahmansurlu kəndi adlandırılmışdır.[3] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şahmansurlu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
Şahmansurlu | |
---|---|
40°03′34″ şm. e. 46°35′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.110 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsi XIX əsrin əvvəllərinə qədər qışlaq kimi istifadə olunmuşdur. 1917-ci ildə Şaqmasur, 1937-ci ildə Şaxnasur variantı qeydə alınmışdır. Oykonim türk dilinlərindəki şaxma\şaxna (dairə\halqa), ərəb dilindəki sur (əhatə olunmuş, çəpər, hasar) sözlərindən düzəlib, dairəyə alınmış mənasını verir. /Oykonimi qurumuş meşənin ətrafı kimi də izah etmək olar.[4]
Şahmansurlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Şahmansurlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[5]
Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.