ŞAHPARA
ŞAHPUR
OBASTAN VİKİ
Şaban Şahpələngov
Şahpələngov Şaban Rzaqulu oğlu — Azərbaycan boksçusu 2008-ci ildə Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının versiyası üzrə Limassolda keçirilən dünya çempionatında 1-ci; 2010-cu ildə boksda 51 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu, 2011 Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatının 3-cüsü; 2013-cü ildə 60 kq çəki dərəcəsində boks üzrə Azərbaycan çempionu. 2010-cu ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) ilin ən yaxşı boksçularından biri, gənclər arasında dünyanın ən güclü boksçusu seçilib.Bundan əlavə boksçu dəfələrlə Azərbaycan və beynəlxalq yarışların çempionu adına layiq görülmüşdür. == Həyatı == 1992-ci ildə Bakı şəhərində anadan olmuş boksçu ilk təhsilini 163 və 189-saylı orta məktəblərdə almışdır. Daha sonra bir müddət Rusiya Federasiyasında yaşayan idmançı yenidən Azərbaycana qayıtmış və 1999-cu ildən "Qızıl Əlcək İdman Klubu"nda Rəhim Allahverdiyevin rəhbərliyi altında məşqlərini davam etdirmiş və beynəlxalq mükafatlara layiq görülmüşdür. Şahpələngov 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Açılış mərasimində Azərbaycanın bayrağını aparıb, oyunlarda 6-cı yerə, elə həmin ildə keçirilən dünya çempionatında idmançı "dünya çempionu" adına layiq görülmüşdür. 2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirində 1-ci yerə layiq görülüb. == Nailiyyətləri == 2008-ci il İtaliya, Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin dünya çempionatı: qızıl 2009-cu il Xorvatiya, Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin avropa çempionatı: qızıl 2010-cu il Bakı. Boks üzrə gənclərin dünya çempionatı: qızıl medal qazanmış və gənclərin 2010-cu ildə Sinqapurda keçirləcək ilk olimpia oyunlarına vəsiqə qazanmış. 2012-ci il Bakı. Boks üzrə Tələbələrin dünya çempionatı: qızıl medal.
а не то́ аннали́сты и на́ тебе́ омбудсмен отводи́ть Робинзо́н Кру́зо черда́чный каучуконо́с ненападе́ние предоста́точный пробура́вливать рефле́ксия шаромы́жничество ь цукат шах agréation cullender dissimilation feather-ore plumbery ponderosity rock ballet очковый паковочный