ŞAMOY

“Şamil” (bax) adının qısaldılmış forması.
ŞAMO
ŞAMŞAD
OBASTAN VİKİ
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası – 2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968). Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.

Значение слова в других словарях