ŞANƏVƏŞ
ŞARE
OBASTAN VİKİ
II Şapur
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309-379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir. = Hakimiyyətə gəlişi = Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır. = İslahatlar = II Şapudan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldiraraq paytaxtı ora köçürtmüşdür.
I Şapur
I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı – 272[…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı. == İlk illəri == Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı. Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi. == Hakimiyyəti == 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi. 260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi.
Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah. == Həyatı == Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. == Fəaliyyəti == Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir.
Şapur Bəxtiyar
Şapur Bəxtiyar (fars. شاپور بختیار‎) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir. == Həyatı == === Gənclik dövrü === Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.7 yaşı olarkən anası vəfat etmişdir.
Şapurabad
Şapurabad — İranın İsfahan ostanının Borxar şəhristanının Həbibabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,172 nəfər və 1,312 ailədən ibarət idi.
Şapuran məhəlləsi
Şapuran məhəlləsi — Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxının 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Şapurqala
Şapurqala – Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində I-X əsrlərə aid qala. == Coğrafi mövqeyi == Şapurqala Şahbuz rayonu ərazisində, Naxçıvançayın sol sahilində, Şahbuzkənd və Kiçikoba kəndləri arasında yerləşir. Qаlаyа qаyаlаrın üzərində sаlınmış dаr cığırlа cənub-şərq tərəfdən qаlхmаq mümkündür. Bu qаlаnın yеgаnə yоludur.Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur. == Şapurqala ilə bağlı əvvəlki tədqiqatlar == Bu qala yüksək dağlıq ərazidə yerləşir və sıldırım qayalarla əhatə olunub. 1990-cı ildə qədim abidə kimi qeydə alınıb. Qalanın sahəsi 1300 kv.m-dir. Qalanın mərkəzi hissəsində arxeoloqlar tikinti qalıqlarına, bişmiş kərpiclərə, çəhrayı rəngdə bişirilmiş şirli qablara, daş tımıl üzərində inşa olunmuş kərpic evlərə və bişmiş kərpic qalıqlarına rast gəlmişər.Tapıntılar Şapur Qalada həyatın eramızın I əsrindən XV-XVI əsrlərə qədər davam etdiyini göstərir. == Adın etimologiyası == Tədqiqatlarında Şapurqaladan bəhs edən akademik Nailə Vəlixanlı qalanın adının Naxçıvanda olan Şahbuz oykonimi ilə uyğun oldu]u fikrini söyləmişdir. == Şapurqala tarixi mənbələrdə == Tarixən bütün tarixi faktları istədikləri kimi, özlərinə uyğun şəkildə təhrif edən ermənilər bu dəfə də rus dilində nəşr etdirdikləri “Krepost Şaxaponk (Şaxpur)” adlı məqalədə yanlış və təhrif edilmiş məlumatlar nəşr etdirmişlər.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: == Təsvir == "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir.Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır. Şirin, zəngin bəzəkli taxt-rəvanda, onun qabağındakı dairəvi çarhovuzun yanında isə Şapur əyləşmişdir.
Şapurun Xosrovun yanına qayıtması
Şapurun Xosrovun yanına qayıtması — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Nizami poemada bu epizodu belə təsvir edir: == Təsvir == Açıq çəmənlikdə zəngin bəzədilmiş çadır qarşısında saray əyanları və musiqiçilər əyləşmişlər. Təbiətin qoynunda, dağ döşündə kef məclisi qurulmuşdur. Qonaqlara naxışlı qablarda, üzəri sərpuşlarla örtülmüş yemək gətirilmişdir. Saqi qədəhlərə şərab süzür. Nimçələrdə meyvə və müxtəlif yeməklər görünür. Bəzəkli çadırda, qonaqların əhatəsində gənc Xosrov əyləşmişdir.
Sakastanlı Şapurduxtaq
Şapurduxtaq — digər adı ilə II Şapurduxtaq, 3-cü əsrin sonu, IV əsrin əvvəllərində Sasani kraliçası (banbişn), Sasani şahı Narsein (hökmdarlığı 293—302-ci illər) arvadı idi. Onun şah I Şapurun (240–270-ci illər) qızı olması iddia, lakin bu, mübahisəlidir. Onun adı Kəbə-ye Zərtoşt kitabəsində təxminən 262-cı ildə qeyd edilib. O, həyat yoldaşı Narsenin o dövrdə Sakastan valisi vəzifəsində çalışdığına görə saqan banbişn ("Saka kraliçası") tituluna sahib idi. Narse 293-cü ildə taxta çıxanda Nəqşi-Rüstəmdə investitur relyefini düzəltdi, burada o, tez-tez ilahə Anahita olduğu güman edilən qadın fiqurdan padşahlıq üzüyü alarkən təsvir edilir. Lakin bəzi alimlər bunu kraliça Şapurduxtaq ola biləcəyini irəli sürürlər.

Значение слова в других словарях

киноле́нта коготко́вый мини́роваться офсе́тный прису́шивание разлипа́ть теплово́зник хамо́вник цари́шка выбивно́й давать, дать зелёную улицу рассна́щивать тренд тряси́на графа airburst argue cranreuch mix-up Pictor simper sun-power кахетинское очерк уксус