Şimali-Qərb Federal Dairəsi
Şimal-Qərb Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin şimal-qərbini əhatə edir. Tərkibinə Sankt-Peterburq şəhəri, Leninqrad, Novqorod və Pskov vilayətləri daxildir. Bəzən Şimal-Qərb iqtisadi rayonuna Kalininqrad vilayətini də aid edirlər. Sahəsi 211,6 min km.-dir.
== İqtisadiyyatı ==
Yanar şist, kəhrəba, meşə ehtiyatları ilə zəngindir. Maşınqayırma (xüsusilə gəmiqayırma, elektrotexnika, cihazqayırma), sellüloz-kağız, yüngül, yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatında südlük və südlük-ətlik heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, kətançılıq əsas yer tutur. İnkişaf etmiş nəqliyyat şəbəkəsi yaradılmışdır.