ŞİN
ŞİNAVƏR
OBASTAN VİKİ
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Şina (xalq)
Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcədə Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir. == Tarixi == İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi. == Məşğuliyyəti == Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir. Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir.
Şina dili
Şina (ݜݨیاٗ,شِْنْیٛا Ṣiṇyaá) şina xalqının danışdığı Hind-ari dilləri qrupuna aid dildir. Pakistanda şina dili əsasən Gilgit-Baltistan və Kohistanda yaşayan təxminən 1.146.000 nəfərin gündəlik danışdığı əsas dildir. Şina dilində danışanların bir qismi də Hindistanda Cammu və Kəşmirin Guraiz vadisində və Ladaxın Dras vadisində də yaşayırlarr. Brokskat dili kimi Şina dili də Dard dilləri qrupuna aiddir və bu iki dildən əlavə bu qrupa Ladaxda danışılan — Kundal Şahi; Azad Kəşmirdə danışılan — Palula dili; Savi dili (Dardca) Çitral dili, Uşoji dili; Svat vadisində və Pakistanın Dir rayonunda Kalkoti dili kimi dillər də daxildir. Yaxın keçmişə qədər şina dili üçün yazı sistemi yox idi. Tarix boyunca bir sıra yazı sistemləri təklif edilmişdir və buna baxmayaraq Şina dilində danışanların istifadə etdiyi vahid yazı sistemi yoxdur. Şina əsasan yazı dili deyil, danışıqda daha çox istifadə olunan bir dilidir. Şina dilində danışanların böyük əksəriyyəti öz dillərində yazı yazmır.
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Şinabad (Piranşəhər)
Şinabad (fars. شين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,908 nəfər yaşayır (565 ailə). Əhalisini kürdlər təşkil edir.
Şinabad (Qoşaçay)
Şinabad (fars. شين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 478 nəfər yaşayır (102 ailə).
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
Şinaqava
Şinaqava — Tokionun xüsusi rayonlarından biri.
Şinaz qülləsi
Şinaz qülləsi və ya Eşik qalası - Şəki rayonu Şin kəndində Orta əsrlərə aid tarixi abidə.
Paetonqtarn Şinavatra
Paetonqtarn Şinavatra (tay แพทองธาร ชินวัตร ; 21 avqust 1986, Banqkok, Tailand) — Tailandın 17 avqust 2024-cü ildən Baş naziri, 2023-cü ildən isə Pheu Thai Partiyasının lideri olan tay siyasətçi və biznesledidir. Şinavatra siyasi ailəsinin üzvü, Taksin Çinnavatın (2001-2006-cı illər arasında Tailandın baş naziri olmuşdur) kiçik qızı və Yinqluk Şinavatranın (2011-2014-cü illər arasında Tailandın baş naziri olmuşdur) qardaşı qızıdır. O, Tayland tarixində baş nazir olan ən gənc və bu vəzifəni tutan ikinci qadındır.
Yinqluk Şinavatra
Yinqluk Şinavatra (tay ยิ่งลักษณ์ ชินวัตร ; 21 iyun 1967) — Taylandlı biznesledi, siyasətçi. O, Pheu Thai partiyasının üzvü kimi 2011-ci il seçkilərində iştirak edərək qalib gəlib Taylandın 28-ci baş naziri olmuşdur. Yinqluk Taylandın ilk qadın baş naziri və eyni zamanda da son 60 ilin ən gənc baş naziri olmuşdur. O, 7 may 2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən kənarlaşdırılmışdır. Onun böyük qardaşı Taksin Çinnavat 2001-2006-cı illər arasında Taylandın baş naziri, qardaşı qızı olan Paetonqtarn Şinavatra isə 17 avqust 2024-cü ildən Taylandın baş naziridir.