ŞOY

(Goranboy)
şiv, zoğ, pöhrə. – Şoy ağacın divinnən çıxar
ŞOVUL-ŞOVUL
ŞOYĞUN
OBASTAN VİKİ
Kujuqet Şoyqu
Kujuqet Seree oğlu Şoyqu (tıva Күжүгет Серээ оглу Шойгу, 24 sentyabr Qara-Xol kəndi, Tuva Xalq Respublikası — 1 dekabr 2010-cu il Moskva, Rusiya Federasiyası) Sovet partiya və dövlət xadimi, Sov.İKP Tıva vilayət komitəsinin katibi, Tıva Muxtar Sovet Sosialist Respublikası Nazirlər Şurası sədrinin birinci müavini, altı il ərzində Tıvada "Şın" respublika ictimai-siyasi qəzetinin redaktoru. == Həyatı == Kujuqet Seree oğlu Şoyqu 1921-ci ilin avqust ayında Asiyanın mərkəzində Çindən ayrılaraq müstəqil dövlətin — Tannu-Tuvanın yaradılmasını elan edən Tuva xalqının qurultayından bir ay sonra, 24 sentyabr 1921-ci ildə Tannu-Tuva Xalq Respublikasında anadan olub. Doğulanda Şoyqu adə, Kujuqet isə soyad olmuşdur. Lakin doğum şəhadətnaməsi alanda qeydiyyatçı məmurunun səhvi səbəbindən Şoyqu soyad, Kujuqet isə ad kimi yazılmışdır. Beləliklə özü də bilmədən qeydiyyat şöbəsinin işçisi Şoyqu soyadında yeni nəslin təməlini qoymuşdur. Kujuqet Şoyqu köçəri maldar ailəsində böyümüşdür. Savadsızlıqla mübarizə aparan Tıva Xalq Respublikasının İnqilab Şurasının işində fəal iştirak etmişdir. Kujuqet Şoyqu gənc yaşlarından Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. Sov. İKP üzv olması ona Tıva Muxtar Sovet Sosialist Respublikası dövründə müxtəlif dövlət vəzifələri tutmağa şərait yaratmışdır.
Sergey Şoyqu
Sergey Küjüget oğlu Şoyqu (rusca: Серге́й Кужуге́тович Шойгу́; tuva: Сергей Күжүгет оглу Шойгу; 21 may 1955, Çadan, Tuva Muxtar Vilayəti[d]) — Rusiya Federasiyasının müdafiə naziri, Ordu generalı (2003), Rusiya Federasiyasının Qəhrəmanı (1999). == Həyatı == Sergey Şoyqu 1955-ci il mayın 21-də Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəlib. Atası Tuva türklərindən — Kujuqet Seree oğlu Şoyqudur, anası isə milliyətcə rusdur. Tuva Respublikasının Kızıl şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil alıb. Şoyqu soyadının da maraqlı tarixçəsi var. "Rusiyanın Səsi" radiosunun məlumatına görə, S. Şoyqunun atası Kuşaget dünyaya gələndə yerli hökumət məmuru onun adı ilə soyadını qarışdıraraq yanlışlıqla Şoyqu yazır və beləcə də qalır. Maraqlıdır ki, dünyanın ikinci ən böyük ordusunun rəhbərinin hərbi təhsili olmayıb. Sergey Şoyqu 1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu inşaat mühəndisliyi üzrə bitirib və Sibirin bir sıra şəhər və qəsəbələrində inşaat mühəndisi kimi çalışıb. 1988-ci ildə Kommunist Partiyasına üzv olub, 1990-cı ildə isə Rusiya Federasiyası Memarlıq və İnşaat Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. 1994-cü ildə Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunan Şoyqu bu vəzifədə dayanmadan 18 il çalışıb.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Şoya Nakacima
'Shōya Nakajima' (中島 翔哉, Nakajima Shōya, 23 avqust 1994) Şoya Nakacima — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 4 qol vurub.
Şoyçi Nişimura
Şoyçi Nişimura (30 noyabr 1911 - 22 mart 1998) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.