ştabs-kapitan 2021

ştabs-kapitan
ştabelyor
ştaket
OBASTAN VİKİ
Ştabs-kapitan
Ştabs-kapitan — çar ordusunda piyada, topçu və texniki hissələrdə Poruçik ilə Kapitan (hərbi rütbə) arasında zabit rütbəsi
Ştabs-rotmistr
Ştabs-rotmistr — çar ordusunda rütbə. Kornet Штабс-капитан и штабс-ротмистр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kapitan
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Kapitan-leytenant
Kapitan-leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitan rütbəsidir.
Kapitan (futbol)
Kapitan — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusudur. Ümumiyyətlə komandanın daha təcrübəli oyunçularından ya da komanda üzərində sözü keçən oyunçulardan biri komanda kapitanı olaraq seçilir. Adətən, komanda kapitanı onun sol tərəfdən digər oyunçular sarğı fərqlənir. Komanda kapitanına oyun qaydaları tərəfindən verilmiş olan tək məsuliyyət başlama vuruşu və ardıcıl penalti atışları əvvəlində pul atışına qatılmaqdır. Qaydalar tərəfindən müəyyənləşdirilmiş başqa bir məsuliyyəti olmasa da hakimlər sahə içindəki oyunçuların ümumi davranışları və ya tamaşaçının davranışları ilə əlaqədar kapitanı yanına çağıraraq danışa bilər. Sahə içərisində texniki direktor kömək edər və komandası əlaqələndirir. Bunun xaricində komandanın qazandığı kuboklar da mükafat mərasimində ilk olaraq komanda kapitanına verilər.
Kapitan (rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kapitan Amerika
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Kapitan Fillips
Kapitan Fillips (ing. Captain Phillips) — 2013-cü ildə ABŞ tərəfindən istehsal olunmuş və Pol Qrinqrass tərəfindən çəkilmiş triller filmi. Baş rollarda Tom Henks və Barkad Abdi oynamışdır. Ticari dənizçi kapitan Riçard Fillipsin 2009-cu ildə Somalili quldurlar tərəfindən girov götürülməsindən bəhs edən bioqrafik filmdir.
Kapitan Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Kapitan Prays
Kapitan Prays (ing. Captain Price)— Call of Duty video oyun seriyasının personajıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays köməkçi personaj kimi cıxış edir. Onun 45 yaşı var və ingilisdir. Özünü ifadə edən ən fərqləndirici xüsusiyyət onun peçenye toz bığları və siqarlara olan düşkünlüyüdür. Onun güclü intiqam hissi var. Düşmənlərinə qarşı çox qəddardır. O, əsgərləri Gaz, Soap və Yuriyə çox bağlıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays 1941-ci ildə yaradılan Xüsusi Hava Xidmətinin üzvü kimi daha sonra Qərbi Avropada Şimali Afrika kampaniyası da daxil olmaqla II Dünya Müharibəsi cəbhələrində İngilis əsgəri kimi çıxış edib. Call of Duty-nin son missiyalarından birində, tirpitz döyüş gəmisinə sızarkən ölür.
Kapitan (film)
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Kapitan (dəqiqləşdirmə)
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Cəlil Cavadov (kapitan)
Elnur Cəfərov (kapitan)
Elçin İsmayılov (kapitan)
Elçin Mübariz oğlu İsmayılov (30 may 1989, Ucar – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət etdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu.
Fikrət Məmmədov (kapitan)
Fərid Əliyev (kapitan)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Gündüz Abdullayev (kapitan)
Hikmət Hacıyev (kapitan)
Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984; Şəmkir, Azərbaycan — 8 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır. Əslən Göyçə mahalının Nərimanlı kəndindən idi. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır. Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Kamil Şirinov (kapitan)
Kamil Əliş oğlu Şirinov (9 aprel 1991; Çuxanlı, Salyan rayonu — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib. Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Kamran Fərəcov (Kapitan)
Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978, Səncərədi, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Səncərədi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kapitan (film, 2017)
Kapitan (alm. Der Hauptmann‎) — Almaniya, Polşa və Fransa dram filmi. Robert Şventkenin rejissorluğu və ssenaristliyi ilə Freyder Şlayx tərəfindən çəkilən filmin baş rollarında Maks Hübaşer, Milan Peşel, Fredrik Lau, Bernd Hölşer, Valdemar Kobus, Aleksandr Fehlinq və Semyuel Finzi var. Film İkinci Dünya müharibəsinin son həftələrində Lüftvaffe zabiti cildinə soxan və Emslandlager həbs düşərgələrinin birində məhkumları kütləvi şəkildə öldürən alman əsgər və müharibə cinayətkarı Villi Herold haqdadır. 1945-ci ilin aprel ayında, müharibənin son həftələrində, gənc Lüftvaffe Falşirmyegeri (paraşütçü-desantçı) Villi Herold nasist hərbi polis desant-təxribatçı dəstəsinin qızğın təqibinə məruz qalır. Fərari olan Herold onu öldürmək istəyən hərbi polislərdən qaça bilir. Onlardan qaçdıqdan sonra Herold içərisində Lüftvaffe kapitanı geyimi olan tərk edilmiş bir avtomobil tapır. Herold formanı geyinir və özünü kapitan kimi aparır, Almaniyanın şəhərətrafı əraziləri boyunca hərəkət edərək bir neçə əsgəri öz dəstəsinə alır. O, yalan danışaraq deyir ki, fürer Adolf Hitlerin birbaşa əmri ilə cəbhənin arxasındakı vəziyyəti qiymətləndirir. İlkin mərhələdə yerli əhaliyə yağmaların azalmasıyla bağlı söz verməsinə baxmayaraq, o, daha sonra despotikləşir və daha çox əsgəri öz dəstəsinə alır.
Kapitan (hərbi rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kapitan Amerika heykəli
Kapitan Amerika heykəli (ing. Captain Amerika Statue) – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl. Heykəl 2016-cı ilin iyulunda Marvel və Disney tərəfindən anons edilmişdir. Marvel və Comicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur. Bruklin personajın evi hesab olunur. İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir. Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır və Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" (azərb.

Значение слова в других словарях