ŞIXBABA
ŞIXƏDDİN
OBASTAN VİKİ
Şıxbala Əliyev
Şixbala Əliyev — azərbaycanlı alim. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor. 1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır. == Həyatı == Əliyev Şixbala Əbulfəz oğlu 1910-cu ildə mart ayinin 28-də Bakinin Binəqədi kəndində anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasinda kimya elmləri üzrə elmlər namizədi adını almaq ücün dissertasiyanı uğurla müdafiə edib, Azərbaycan elmi tarixində kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazandı == Elmi fəaliyyəti == Şıxbala Əbülfəz oğlu Əliyevin elmi fəaliyyəti nəzəri, təcrübi, tədbiqi xarakter daşıdığı kimi, həm də onun elmi fəaliyyəti tarixi baxımdan böyük mənası vardır. Onun kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft senayesində inqilabi irəliləyişlərə səbəb olmuşdur. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutuna direktor vəzifəsinə təyin edilir. Ona bir sira müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məhsuliyyətli vəzifə tapşırılır.