Əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai-iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahidi. Ayrı-ayrı hallarda əhalisinin sayı 15.000 nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər şəhərlər kateqoriyasına aid edilə bilər