ŞƏRƏFƏDDİN
ŞƏRFALI
OBASTAN VİKİ
Şərəfxana
Şərəfxana və ya Şərabxana limanı — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,872 nəfər və 1,132 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şərəfxanlı
Şərəfxanli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şərəfxanlı kəndi Kəhrizli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şərəfxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şərəfxanlı Məscidi
Şərəfxanlı məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilmişdir. Məscid 4 otaqdan ibarətdir və günbəzlidir. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu. Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.
Şərəfxanlı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şərəfxanlı məhəlləsi
Şərəfxanlı məhəlləsi — Gəncə şəhərinin məhəllələrindən biri. "Gəncənin tarix yaddaşı" kitabının müəllifi Fərrux Əhmədova görə məhəllənin XIV ya da XVI əsrdə yaradıldığı ehtimal olunur. == Haqqında == Şərəfxanlı məhəlləsi Şəhristanın hüdudlarında salınıb. Şimaldan Şaxsöyən və Noraşen, qərbdən Quru qobu, Aşağı Qaraməmmədli, Tapqışlaq, cənubdan Qazaxlar, Şabanlı, Xan bağı, şərqdən isə Ozan və Qaramanlı məhəllələri ilə əhatələnib. Məhəllənin yaranması ilə bağlı bir neçə fərziyyə mövcuddur. Bəzi mənbələrə görə məhəllənin keçmiş sakinləri Teymurləngin qız nəvəsi, Çingiz törəməsi Şərəf xanın nəslindən olublar. Belə olduğu halda məhəllənin salınma tarixi XIV əsrə ola bilər. Başqa ehtimallara görə isə məhəllənin adı XVI əsrin ikinci yarısında Naxçıvan hakimi olmuş Şərəf xanın adı ilə bağlıdır. O, gəncəli İmamqulu xan Ziyadoğlu, irəvanlı Tomax Əliqulu xanla birlikdə osmanlı qoşunlarına qarşı mübarizə aparıb məğlub olmuşdu. Ehtimal ki, Naxçıvandakı mülkünü itirdikdən sonra Şərəf xan öz tirəsi ilə birlikdə Gəncədə məskən salmışdır.