ŞƏRƏFƏDDİN

dinin fəxri, dinin iftixarı.
ŞƏRƏFAĞA
ŞƏRƏFXAN
OBASTAN VİKİ
Şərəfəddin Tusi
Şərəfəddin Müzəffər ibn Məhəmməd bin Müzəffər ət-Tusi (təq. 1135, Tus, Abbasilər xilafəti – 1213, güm. Bağdad, Abbasilər xilafəti) — riyaziyyatçı və astronom. Həyatına dair yetərli bilgi yoxdur. Nisbəsindən Xorasan bölgəsindəki Tus şəhərindən olduğu anlaşılır. Təbaqət kitablarında onunla ilgili olaraq verilən dağınıq və sınırlı bilgilərdən bir çox elm mərkəzini dolaşdığı, Mosul, Hələb və Dəməşqdə qaldığı, Həmədana da uğradığı öyrənilməkdədir. Onun riyaziyyat elmini yaxşı bildiyini və hikmət mövzusunda bilgi sahibi olduğunu söyləyən İbn əl-Kıfti, Hələbə gəldiyi sırada Əbül-Fəzl Bünyaminin (ö. 1207) ondan dərs aldığını bildirir. Bünyamin ondan hesab, astronomiya və digər əqli elmləri ox00umuşdur. İbn Əbu Usaybia da Əbül-Fəzl Müəyyidəddin Məhəmməd ibn Əbdülkərim əl-Mühəndis əl-Harisidən (ö.
Şərəfəddin Fəzlullah Qəzvini
Şərəfəddin Fəzlullah Qəzvini (v. 1339) — fars dilində yazılmış və İranın qədim tarixini əhatə edən "Muacəm fi azər mülük əl-Əcəm" əsərinin müəllifi. Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013. ISBN 978-0815632894. JSTOR 10.3366/j.ctt1j1w04g.
Şərəfəddin Hüseyn Sultani
Şərəfəddin Hüseyn Sultani (?-?) – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır. Şamaxıda Şirvanşah Fərrux Yəsarın (1462-1500) sarayında, sonralar isə Təbrizdə Ağqoyunlu hökmdarı SultanYaqubun (1478-90) kitabxanasında fəaliyyət göstərmiş, bir sıra bədii əsərlərin üzünü köçürmüşdür. Yusif Әmirin “Divan”ı (15 əsr, Ayasofiya kitabxanası, İstanbul), “Kəlilə və Dimnə” (1447, Sipəhsalar mədrəsəsi, Tehran), “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Hafizin və Kamal Xocəndinin şeirlərindən ibarət əlyazması (1473, Topqapı muzeyi, İstambul) ən yaxşı işlərindəndir.
Şərəfəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.
Şərəfəddin Harun Cüveyni
Şərəfəddin Harun Cüveyni (fars. شرف الدین هارون جوینی‎) Cüveyni ailəsindən olan İran dövlət xadimi və şairi. O , Şəmsəddin Cuveyninin oğlu olmuşdur. O, 1286-cı ilin iyul-avqust aylarında tarixçi və coğrafiyaşünas Həmdullah Mustovfinin qohumu Fəxrəddin Mustovfi tərəfindən böhtana görə edam edilmişdir. Biran, Michal (2009). "JOVAYNI, ṢĀḤEB DIVĀN". Encyclopaedia Iranica, Vol. XV, Fasc. 1. pp.