ƏBDÜLQAFAR

bax: Əbdül və Qafar.
ƏBDÜLQADİR
ƏBDÜLQAFUR
OBASTAN VİKİ
Əbdülqafar
Əbdülqafarın adı tarixi mənbələrdə ilk dəfə hicri 851-ci (19.03.1447 −06.03.1448)-ci ilin hadisələri barədə bəhsdə — Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə"sində çəkilmişdir; bu mənbədə o, "Əbdülqaffar Şəkki" adı ilə təqdim edilir və qeyd olunur ki Amid şəhəri ətrafında ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdə ikincilərin tərəfində vuruşmuş, atdan salınmış və son nəhayətdə Mahmud bəy Ağqoyunlunun oğlu Lələ Hüseyn bəy tərəfindən əsir götürülmüşdür. Tarixi mənbələrdə adı növbəti və sonuncu dəfə isə Teymuri Əbu Səidin 1468–1469-cu illərin qışında Ağqoyunlular üzərinə hücumu ilə əlaqədar hadisələrin bəhsində xatırlanır. Qeyd olunur ki, "… Sultan (Əbu Səid) istədi ki Şirvan şirvanşahı Fərrux Yasarı da öz tərəfinə çəksin və o (Fərrux Yasar), cığataylara ərzaq, sursat və digər cəhətlərdən kömək göstərsin, ağqoyunlulardan uzaqlaşıb üz çevirsin və bu da onların (Ağqoyunluların) vəziyyətini çətinləşdirsin. Buna görə elçi göndərib şirvanşahdan qızını istədi. Həmçinin Əbdülqaffarın və Qaramanlı əmirlərinin yanına [qiymətli] kəmərlər və qiymətli xələtlərlə elçi göndərdi və onları [müttəfiqliyə] çağırdı. Buna görə Əbdülqaffar Şəki və Qaramanlı əmirləri Sahibqranın (Ağqoyunlu hökmdarı Uzun Həsənin) məhəbbətindən məhrum oldular. "Kitabi-Diyarbəkriyyə"nin 1998-ci il Bakı nəşrində əlavə olaraq izahat verilir ki (qeyd 150; səh. 312) "Əbdülqaffar — Şəkinin, Qaramanlı əmirləri isə Bərdənin nisbətən, müstəqil hakimləri idi", lakin həm də nəzərə alınmalıdır ki, elə "Kitabi-Diyarbəkriyyə"də — "Kürdüstan qalalarının fəth olunması haqqında" bəhsdə, Kürdüstanda olan digər bir "Şəki" adlı ərazinin də adı çəkilir və hicri 873-cü ildə (22.07.1468–10.07.1469) Ağqoyunluların 7 min süvari ilə həmin Şəkini ələ keçirmələri qeyd olunur.