ƏBDÜLQADİR

bax: Əbdül və Qədir.
ƏBDÜLKƏRİM
ƏBDÜLQAFAR
OBASTAN VİKİ
Əbdülqadir Gilani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Əbdülqadir Marağai
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Əbdülqadir Marağayi
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Əbdülqadir Maraği
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas. Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır. Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır. Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.
Əmir Əbdülqadir
Əbdülqadir İbn Muhyiddin İbn Mustafa Əl-Həsəni Əl-Əlcəzairi (6 sentyabr 1808[…], Qitəna[d] – 26 may 1883[…], Dəməşq) — Əlcəzair xalqının Fransa boyundurluğuna qarşı mübarizəsinə (1840–1846) öndərlik edən və Əlcəzair dövlətinin təməlini atan din adamı və əsgər. 1832-ci ildə Maskura əmiri olmuşdur, sufi, şair, islam alimi. Əbdülqadir hərbi sahədə göstərdiyi qəhrəmanlıqlardan öncə belə yaraşıqlılığı və üstün zəkasıyla xalqın gözdəsi halına gəlmişdi. Qara saqqallı düzgün bir üzü, incə və qıvraq bir bədəni olan orta boylu bir kişiydi. Davranışları son dərəcə kibar, yaşamı da eyni ölçüdə sadəydi. Şairliyi və təsirli söz söyləmə gücüylə dindaşlarını asanca həyəcana gətirə bilən dindar və aydın bir şəxs olaraq tanınırdı. Əlcəzair, Fransız ordusunun 1830-cu ildə ölkəni işğalınadək, Osmanlı dövlətinə bağlı bir əyalət idi. Ölkənin idarəsi Türk Yeniçərilər və onların seçdiyi bir Dayının (vali) əlində idi. Türk-Əlcəzairli qarışımı bir kökənə sahib olan Kuloğlu topluluğu ilə bəlirli ayrıcalıqlı qəbilələrdən dəstək görən bu hakimlər, eyni dindən gəlmənin onlara sağladığı üstünlüklə Əlcəzairi çox sıkı bir dənətim altında tuturdular. Bununla birlikdə bu yönəticilərdən nifrət edən Əlcəzairlilər, XIX əsrin başlarında sürəkli ayaklanma halındaydılar.
Hacı Əbdülqadir xan
Hacı Əbdülqadir xan — Şəki xanı. == Hakimiyyəti == 1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi. Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Mehmed Əbdülqadir Əfəndi
Mehmed Əbdülqadir Əfəndi (16 yanvar 1878, Konstantinopol – 16 mart 1944, Sofiya) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin üçüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Əbdülqadir Əfəndi 16 yanvar 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Bidar Qadınəfəndidir. Sarayda xüsusi təhsil almış, 1891-ci ildə qardaşları Nuri Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Osmanlı ordusunda da xidmət edən Əbdülqadir Əfəndi sarayda mükəmməl skripka çalmağı öyrəndi. Atası Sultan Əbdülhəmidə həmişə soyuq davranmışdır. 1909-cu ildə atası devrilmiş və Salonikiyə sürgün edilmiş, Əbdülqadir Əfəndi də onunla birlikdə sürgünə getmişdi. Bir il sonra İstanbula qayıdan Əbdülqadir Əfəndi 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından əvvəlcə Budapeştə getdi. Bu illərdə küçələrdə skripka çalaraq pul qazanmışdır. İkinci Dünya müharibəsinin başlamasıyla Sofiyaya gedən Əbdülqadir Əfəndi, burada babasını tanıyan Bolqarıstan kralının əmriylə dövlət işinə düzəlmiş, ancaq çox keçmədən vəfat etmişdir.
İbrahim Əbdülqadir Meriçboyu
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. Orta təhsilini Eyüp Orta məktəbində (1933) və Kuleli Hərbi Liseyində (1936) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən (1938), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu (1941). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.