ƏBÜLHÜSEYN

Həsən və ya Hüseynin atası. İmam Əlinin künyəsi kimi yayılmışdır.
ƏBÜLHƏSƏN
ƏBÜLQASIM
OBASTAN VİKİ
Mirzə Əbülhüseyn Cahanşahi
Mirzə Əbülhüseyn Mir Fəseh oğlu Cahanşahi (?-1515) — Hüseyni seyidlərindən, Təbriz şəhərinin kələntəri. == Həyatı == İskəndər bəy Münşi onun haqında yazır: "Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası "Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi. İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi vaxtında Təbriz darüssəltənəsi kəlantəri o idi. Olduqca şanlı və mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi". == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.