Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbülqasım Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Əbülqasım Hüseynzadə
Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25 sentyabr 1890, Bakı – 2 sentyabr 1988, Bakı) — folklorçu, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır. Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühüm xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir. Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur. Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.
Əbülqasım Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Əbülqasım Nəcm
Əbülqasım Nəcm (1892 - 19 oktyabr 1983) — İran xarici işlər naziri, diplomat. Əbülqasım Nəcm 1892-ci ildə anadan olmuşdu. Atası Mirzə Mahmud Şirazidir. Orta təhsilini bitirəndən sonra Tehran Universitetinə qəbul olmuşdu. Universiteti tamamlayandan sonra Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Nəcmülmülk ləqəbini daşıyırdı. Əbülqasım Nəcm İranın Almaniyada, Əfqanıstanda və Fransada səfiri olmuşdu. Əbülqasım Nəcm Mirzə İbrahim xan Həkiminin baş nazirliyi dönəmində İranın Peşə, Sənət və Ticarət naziri olmuşdu. Əbülqasım Nəcm 1957-ci ildən 1958-ci ilədək Xorasan əyalətinin ostandarı vəzifəsini icra etmişdi. Əbülqasım Nəcm 19 oktyabr 1983-cü ildə vəfat edib.
Əbülqasım Qasımov
Mirzə Əbülqasım Sultanov
Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.
Seyid Əbülqasım Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Əbülqasım Cəlaləddin Təbrizi
Əbülqasım Cəlaləddin Təbrizi əslən təbrizli olan və Cənubi Asiyada fəaliyyət göstərmiş məşhur sufi. O, Benqaliyada müsəlman hakimiyyətinin başlamasından bir qədər əvvəl buraya gəlmiş və yerli əhali arasında İslam dininin təbliğatına başlamışdır. o, ölənə qədər bu işlə məşğul olmuşdur. Əbülqasım Cəlaləddinin adı ilə kiçik islami təriqətlərdən biri olan Cəlaliyyə təriqəti yaradılmışdır. O, Sanskrit əfsanələrindən biri olan Sekhaśubhodayā-nin (azərbaycanca:Şeyxin gəlişi) qəhrəmanı hesab edilir. Əbülqasım Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. O, yerli sünni alimlərindən olan Əbu Seyid Təbrizinin nəzarətində təhsil almışdır. Müəlliminin ölümündən sonra Şihabəddin Ömər Sührəvərdidən dərs almağa başlamışdır. Onun xidmətində olan Əbülqasım müəlliminin Həcc ziyarətlərində onu müşayət etmişdir. Əbülqasım 1210-cu ildə Dehlidəki türk hökmdarı Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə oraya getmişdir və ona sarayda yer ayrılmışdır.
Əbülqasım xan Qaragözlü
Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1 aprel 1863, Həmədan ostanı – 26 dekabr 1927, Tehran) — İranın baş naziri, Sultan Əhməd şahın regenti olub. Əbülqasım xan ali təhsilini London şəhərində almışdı.Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Nаsеrülmülк 1898-ci ildə Əli xan Əminüddövlə hökumətində mаliyyə nаziri idi. Аrtur Hаrdinq İrandа səfir оlduğu müddətdə, Əminüssultаnın bаş nаzirliyi vахtındа Nаsеrülmülк nаzirliк vəzifəsindən кənаr еdilmişdi, Həmədаndа hakim vəzifəsi dаşıyırdı. 1905–1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi.1907-ci il baş nazir Mirzə Ələsgər xan Əminüssultan tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdi. 1908-ci ilin yanvarında Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya sürgün edilmişdi.1909-cu ildə Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk Əlirza xan Qovanlı-Qacar qəyyum və regent (naibəssəltənə-müvəqqəti şahın vəzifəsini icra edən) təyin edilmiş, o vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi. Vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. Burаdа təкcə Nаsеrülmülкun İran məşrutə inqilаbınа bəslədiyi münasibəti qısаcа nəzərdən keçirdiкdə ingilis diplоmаtiyаsının хаlq hərəкаtınа qаrşı frаmаsоndаn istifаdə еtməsi hаqqındа müəyyən təsəvvür əldə еtməк mümкün оlаr. Məşrutə inqilаbının bаşlаndığı vахtdа hərəкət bаşçılаrındаn Seyid Məhəmməd Təbatəbainin kütlələrə tə'sir göstərən nitqləri və fəаliyyəti mütləqiyyəti təşvişə sаlmışdı.
Əbülqasım əz-Zəhravi
Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي‎; 936[…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur. Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi. Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi. Usamah Demeisi: Zur Geschichte der Erforschung von Leben und Werk des Abu l-Qāsim az-Zahrāwī (um 936 — um 1013) : unter besonderer Berücksichtigung der Zahnheilkunde. Berlin 1999.
Mirzə Əbülqasım xan Qaimməqam Fərahani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Əbülqasim
Əbülqasim (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərində qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738–1739-cu illər) tarixli məzar kitabəsində qeyd olunduğu kimi kitabəni həkkak Əbülqasim həkk etmişdir. Kitabənin tarixinə əsasən məlum olur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini 18 yüzillikdə yaşamışdır. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 91.
Əbülqasim Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Əbülqasim Füyuzat
Əbülqasim Füyuzat (1888 və ya 1889, Təbriz – 1947, Təbriz) — Azadıstan respublikasının maarif naziri, jurnalist, pedaqoq. Təbrizin maarif rəisi Əbülqasim Füyuzat bir çox ziyalıları və pedaqoqları Təbrizə cəlb etmişdi. 1923-cü ildə o, Mirzə Əsgər Bağçabanı Təbrizə dəvət edərək orada "Uşaq bağçası" adlı uşaq evi yaratmışdı. "Bağçaban" Füyuzatdan sonra maarif rəisi olan Möhsüni 1927-ci ildə Bağçabanın uşaq bağçasını bağladıb, özünü Təbrizdən uzaqlaşdırıb; Tehrana köçən Bağçaban təqib olunursa da, Fars əyalətinin maarif rəisi işləyən Füyuzat onu Şiraza çağıraraq orada onunçün təşkil etdiyi uşaq evinə müdir təyin edir.
Əbülqasim Lahuti
Əbülqasim Marağayi
Əbülqasim Azad Marağayi, jurnalist və yazıçı. Mirzə Əbülqasim Marağayi, 1883-cü ilin yanvar ayında Marağada dünyaya gəlmişdir. Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam, Azərbaycanın müctəhidlərindən idi.Ibtidai və orta təhsilini Marağada alandan sonra Nəcəfə getdi və orada 5 il yarım Ayətullah Məhəmmədkazım Xorasani, Şeyx Həsən Mamaqani, və Fazil Şərəbiani siniflərində təhsil aldı və ruhani olaraq İrana qayıtdı. Amma atasının arzusu olmasına baxmayaraq,din xadimi olmaqdan geri çəkildi və Tehrana gedib və Fransız dilini öyrənməyə başladı. 2 il Tehranda idi və sonra yeni elmləri öyrənmək üçün Avropaya getdi.Bakıda bir neçə iranlı ilə birlikdə bir məktəb təsis etdi. 11 il Rusiya, Türkiyə, Yunanıstan, Misir, Fransa, İngiltərə, Hindistan və Hicazda idi.İngiltərədə İran xəttinin dəyişməsi fikrinə düşdü.İngiltərədən Hindistana getdi və Əliqər colecində İngilis dilini tədris etməyə başladı və Həbləlmətin qəzeti ilə də əməkdaşlıq etdi.5 il Hindistanda olanda, səkkiz min fars sözünü İngilis ekvivalentləri toplusun İran Nobahar Lüğəti adıyla təqdim etdi. Azad Marağayi iddia edir ki Britaniya şirkətlərinin tərəfdən bu lüğətin yayılması üçün təklif verildi.Birinci Dünya müharibəsinin başlanğıcında İrana qayıtdi və Məarif, Vəqflər və İncə Sənayesi nazirliyində istixdam olundu. Bir müddətdə İrşad qəzetəsində məqalə yazırdi və bu məqalələrdə öz lüğətinin sözlərindən istfadə edirdi. 1915-ci ildə Nameye Parsi dərgisin nəşr etdim ilkinci sayısi 19 iyun 1916 ildə Tehranda çap oldu. Bu dərgidə xalis farsca sözlərindən, Ərəbcə sözləri olmadan, istifadə olunurdu.Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Azadı və işlərini tərifləmək üçün onun haqqında bir parça şeir dedi.Onun arxaizmdə ifratı o qədər idi ki o qədim tarixdən istifadə edirdi ki mənbəyi Kiumərsin tacqoyması günü idi.
Əbülqasim Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Əbülqasim Ordubadi
Əbül-Qasim Ordubadi (dekabr 1857, Təbriz – 17 iyun 1915, Həmədan) — Azərbaycanlı İslam alimi, müctəhid (mərceyi-təqlid), ayətullah. Ayətullah Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi əslən Ordubad məntəqəsindən idi, hicri 1274-cü il cəmadiyül-əvvəl ayında (təqribən miladi 1858-ci il) Təbrizdə anadan olmuşdu. İbtidai təhsilini aldıqdan sonra Əbül-Qasim Ordubadi İraqa gedib, Nəcəf hövzəsinə daxil olur. O, fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənim¬səmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani, Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır. Əbül-Qasim Ordubadi həmçinin, Samirə şəhərində Ayətullahül-üzma Mirzayi-Şirazinin, Kazimeyndə Ayətullah Məhəmməd Həsən Ali-Yasinin dərslərinə qatılır. Bəzi biblioqraflar onun müəlimləri sırasında Molla Hüseynqulu Həmədaninin də adını qeyd etmişlər. Hədis elmi sahəsində isə onun əsas müəllimi Şeyx Məhəmməd Taha Nəcəf olmuşdur. Əbül-Qasim Ordubadinin ictihad qabiliyyətini Fazil Şərabiyani, Şeyx Zeynül-abidin Mazandarani Hairi, Mirzayi-Şirazi kimi alimlər təsdiq etmişlər. Müdərris Təbrizinin “Reyhanətül-ədəb”, İsfahaninin “Əhsənül-vədiə” kitablarında Əbül-Qasim Ordubadi “fəzilətli alim, kamil ədib, üsul və rical elmlərini gözəl bilən fiqh mütəxəssisi, cəfəri məzhəbi fəqihlərinin seçilmişi, öz dövründə şiələrin mərceyi-təqlidi, rical elmində məharətli” və sair epitetlərlə təqdim edilir, rical şəxsiyyətləri barələ məlumat dairəsində, hafizədə, dostluq və ünsiyyət möhkəmliyində, davranış və rəftarda, səliqədə çox üstün məqama malik olduğu vurğulanır.
Əbülqasim Xoyi
Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy, Qərbi Azərbaycan ostanı – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq.
Əbdülqasım (Uçalı)
Əbdülqasım (başq. Абдулҡасим, rus. Абдулкасимово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Kunakbay): 18 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Mir Əbülqasim Xoyi
Mir Əbülqasim bin Əli əsğər Xoyi Azərbaycanın 19-cu əsr şərhçi və müəlliflərindəndir."Əhsənülqisəs ya "Yusifiyyə" şərh (təfsir)kitabın Azərbaycan dilində yazıb.
Mirzə Əbülqasim Fərəhani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Mirzə Əbülqasim Marağayi
Əbülqasim Azad Marağayi, jurnalist və yazıçı. Mirzə Əbülqasim Marağayi, 1883-cü ilin yanvar ayında Marağada dünyaya gəlmişdir. Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam, Azərbaycanın müctəhidlərindən idi.Ibtidai və orta təhsilini Marağada alandan sonra Nəcəfə getdi və orada 5 il yarım Ayətullah Məhəmmədkazım Xorasani, Şeyx Həsən Mamaqani, və Fazil Şərəbiani siniflərində təhsil aldı və ruhani olaraq İrana qayıtdı. Amma atasının arzusu olmasına baxmayaraq,din xadimi olmaqdan geri çəkildi və Tehrana gedib və Fransız dilini öyrənməyə başladı. 2 il Tehranda idi və sonra yeni elmləri öyrənmək üçün Avropaya getdi.Bakıda bir neçə iranlı ilə birlikdə bir məktəb təsis etdi. 11 il Rusiya, Türkiyə, Yunanıstan, Misir, Fransa, İngiltərə, Hindistan və Hicazda idi.İngiltərədə İran xəttinin dəyişməsi fikrinə düşdü.İngiltərədən Hindistana getdi və Əliqər colecində İngilis dilini tədris etməyə başladı və Həbləlmətin qəzeti ilə də əməkdaşlıq etdi.5 il Hindistanda olanda, səkkiz min fars sözünü İngilis ekvivalentləri toplusun İran Nobahar Lüğəti adıyla təqdim etdi. Azad Marağayi iddia edir ki Britaniya şirkətlərinin tərəfdən bu lüğətin yayılması üçün təklif verildi.Birinci Dünya müharibəsinin başlanğıcında İrana qayıtdi və Məarif, Vəqflər və İncə Sənayesi nazirliyində istixdam olundu. Bir müddətdə İrşad qəzetəsində məqalə yazırdi və bu məqalələrdə öz lüğətinin sözlərindən istfadə edirdi. 1915-ci ildə Nameye Parsi dərgisin nəşr etdim ilkinci sayısi 19 iyun 1916 ildə Tehranda çap oldu. Bu dərgidə xalis farsca sözlərindən, Ərəbcə sözləri olmadan, istifadə olunurdu.Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Azadı və işlərini tərifləmək üçün onun haqqında bir parça şeir dedi.Onun arxaizmdə ifratı o qədər idi ki o qədim tarixdən istifadə edirdi ki mənbəyi Kiumərsin tacqoyması günü idi.
Mirzə Əbülqasim Zəncani
Mirzə Əbülqasim Musa Mirzə Kazım oğlu Zəncani (1805-1876) — İslam alimi, müctəhid. Mirzə Əbulqasim Musa Zəncani miladi XIX (hicri 13-cü) əsrdə şiə məzhəbinin böyük alimlərindən olan Mirzə Kazımın oğlu idi. Həmçinin o, Seyid Məhəmməd Baqir, Rəşti və Hacı Məhəmməd İbrahim Qolabbasinin tələbələrindən olub. Bu dəyərli alimlərin yanında öz biliklərini təkmilləşdirən alim Zəncana qayıdaraq, burada dini idarəçiliyi öz öhdəsinə götürür və insanlar arasında böyük nüfuz və etimad qazanır. Mirzə Əbulqasim Zəncani özündən sonra onlarla dəyərli kitabları elmi irs olaraq qoymuşdur. Bu kitablara misal olaraq, "İzahud-Dəlail fi Hisabi- Aqdul-Ənamil", "Təxribil-Əsbab", "Məqalibil-Əbvab" və s. kimi əsərləri göstərmək olar. Bu böyük alim hicri 1293-cü ilin cəmadiul-əvvəl ayının 3-də Zəncan şəhərində vəfat etmişdir. Seyid Əbülqasim bin Seyid Məhəmmədkazim bin Seyid Əmir Həsən bin Seyid Əmir Möhsün bin Seyid Əmir Səlim Musəvi. تاريخ زنجان: علما و دانشمندان موسوی زنجانی، ابراهیم.ناشر:کتابفروشی مصطفوی.شهر:تهران.سال:۱۳52 اعیان الشیعه .سید محسن امین.ناشر :دارالتعارف للمطبوعات ،شهر:بیروت،سال:1406 (قمری) (الذریعة الی تصانیف الشیعة.
Seyid Əbülqasim Kaşani
Seyid Əbülqasim ibn Seyid Mustafa Kaşani (19 noyabr 1882, Tehran – 14 mart 1962, Tehran) — müctəhid, ayətullah əl-üzma, İran Milli Məclisinin sədri. Seyid Əbülqasim Kaşani 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Kaşanlıydı. Bundan əlavə 1914–1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Seyid Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi.
Seyid Əbülqasim Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Seyid Əbülqasim Xoyi
Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy, Qərbi Azərbaycan ostanı – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq.
Gülqasım (Bostanabad)
Gülqasım (fars. گل قاسم‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (18 ailə).