Əhsən Dadaşov
Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).
== Həyatı ==
Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.
1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.
1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.
Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.
Əhsən Dadaşov çoxdan unudulmuş ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb.
Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olmuşdur.
Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s.