ən yüksək səviyyədə
əncir kimi
OBASTAN VİKİ
Əncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xеyirlidir.Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. .Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər.Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur.Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .Əncirin mеyvəsi işlətmə təsirinə malik olan kafiol prеparatının tərkibinə daxildir.Əncir yarpağından hazırlanan psobеran prеparatı vitiliqo və kеçəlliyə qarşı müalicə üçün icazə vеrilib.Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür.Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir. Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir.Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb.Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.
Adi əncir
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Əncir keksi
Əncir keksi (ing. Fig cake; yun. Συκόπιτα) — əncirdən hazırlanan şirniyyat növü Əncir tortu nəmli bir tort ola bilər bir əncirli sous, bal, krem və ya qlazur ilə kəsilə bilər. . Yunanıstan, Cənubi ABŞ mətbəxinə daxildir Əncir tortu bir bacarıqla bişirilməlidir. Əncir tartı isə əsas növ kimi əncirdən hazırlana bilər.. Weigl, Andrea. "Your Signature Dish: Fabulous fig cake". September 20, 2014. İstifadə tarixi: January 2, 2016.
Əncir odlucası
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ. Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər. Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.
Əncir mürəbbəsi
Əncir mürəbbəsi – çeşidlənmiş əncirin şəkərlə qaynadılması ilə hazırlanan şirniyyatdır. Əncir mürəbbəsi (film, 2010) – Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi türk filmi. Əncir mürəbbəsi 2 (film, 2014) – İlk filmin davamı olaraq çəkilən türk filmi.
Əncir mürəbbəsi (film)
Əncir mürəbbəsi — 2010-cu ildə Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi, baş rollarda Halil Sezai Paracıkoğlu və Məlikə Günərin çəkildiyi türk filmidir. 30 yaşlarında olan Mətin televiziya proqramları üçün sketçlər yazaraq həyatına davam edir. Ən böyük arzusu yazdığı filmi çəkmək olsa da, yazdığı ssenarilər həmişə rədd edilir. Hər gün getdiyi barda bir gün Duyğu adlı qızla tanış olur. Ayaqda durabilməyəcək qədər sərxoş olan Duyğunu evinə alır. Özü divanda yatır və ona öz yatağını verir. Səhər oyandığında isə Duyğunun kiçik bir not buraxaraq getdiyini görür. Sonralar təkrar qarşılaşırlar. Duyğu yenə Mətinin evində qalır, ancaq həmişəki kimi kiçik bir not buraxaraq evdən ayrılır. Mətin aşiq olduğu, ancaq sadəcə adını bildiyi bu qızın niyə belə davrandığını bilmək istəyir.
Əncir mürəbbəsi 2
Əncir mürəbbəsi 2 — 2010-cu ildə çəkilmiş İncir mürəbbəsi filminin davamı olan, Halil Sezai və Şafak Pekdemirin baş rollarda oynadığı, rejissoru və ssenarisi Aytaç Ağırların olduğu 2014-cü il Türkiyə bədii filmidir. Film əvvəlki filmdə sevdiyi qadını itirən Metin obrazının sonrakı həyatından bəhs edir. Bundan əlavə, filmdə transvestit obrazını da filmin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar canlandırıb. Mətin Duyğunu itirdikdən sonra depressiyaya düşüb və uzun müddət bu vəziyyətdən çıxa bilməyib. Arzusunda olduğu filmi çəkməsinə baxmayaraq, bədbəxtdir. Barda işləməyə başladı. O, düşdüyü vəziyyətə görə hər axşam spirtli içki qəbul edir və sərxoş olur. Eyni dönəmdə eyni barda çalışan Gizəmlə tanış olur. Bir axşam barda dava düşür və istəmədən də olsa Mətin işə qarışır. Gizəm Mətinə hücum edənlərin başında şüşəni sındıraraq Mətini xilas edir.
Əncir mürəbbəsi (film, 2010)

Əncir mürəbbəsi 2 (film, 2014)

Abşeron sarı ənciri
Abşeron sarı ənciri - Abşeron yarımadasında yetişdirilən yerli əncir sortu. İki dəfə məhsul verir. Qabığının rəngi açıq-sarı, ləti çəhrayı, toxumu isə azdır. Meyvəsi orta ölçüyə malik olub 30-40 q çəkiyə malikdir. Sentyabrın əvvəlləri meyvəsi yetişir. İyulda verdiyi ilk məhsul varəncir adlanır. Bir ağacdan 60-70 kq məhsul yığmaq olur. Tərkibi C vitamini ilə zəngindir. Bu sort əncirdən yaxşı mürəbbə, doşab hazırlanır. Üstəlik meyvə qurusu kimi istifadə edilir.
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Hirkan ənciri
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Əncird (Əhər)
Əncird (fars. انجرد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 568 nəfər yaşayır (104 ailə).
Əncirli
Əncirli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Əncirli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Əncirli döş — Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı.
Əncirli (Biləsuvar)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (180 ailə).
Əncirli (Germi)
Əncirli (fars. انجيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Əncirli döş
Əncirli döş- Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı. Əncirli döş Cəbrayıl rayonunda dağ adı. Oronim bitki adına döş("dağın, təpənin yuxarı bissəsi ilə ətəyi arasındakı sahə", "dağ yamacının yuxarı və orta hissələri arasında qalan hissə", "yamacın yuxarı hissəsi") sözünü əlavə etməklə yaranmışdır.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.

Значение слова в других словарях