ƏSKİ-ÜSKÜ

top.i. rages pl.

ƏSKİ
ƏSKİK
OBASTAN VİKİ
Üskü
Üskü və ya Üç qaya — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Üskü şəhristanının paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 16,140 nəfər və 4,928 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şəki (əski)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Əski əlifba
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الف باسی‎, fars. الف با ترکی‎ alefbâ-i torkî) və həmçinin Əski əlifba (az.-əski. ابجد‎) — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir. == Əlifba == Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür.
Amqan (Üskü)
Amqan (fars. امقان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 794 nəfər yaşayır (185 ailə).
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Həsənabad (Üskü)
Həsənabad (fars. حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (29 ailə).
Kürdabad (Üskü)
Kürdabad (fars. كرداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.150 nəfər yaşayır (410 ailə).
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.654 nəfər yaşayır (678 ailə).
Kəlaca (Üskü)
Kəlaca (fars. كله جاه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.922 nəfər yaşayır.
Macarşin (Üskü)
Macarşin (fars. مجارشين‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.112 nəfər yaşayır (304 ailə).
Mehdinli (Üskü)
Mehdinli (fars. مهدينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 741 nəfər yaşayır (185 ailə).
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Qıpçaq (Üskü)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Qıpçaq kəndi Şahı adasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (169 ailə).
Qışlaq (Üskü)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (66 ailə).
Qəndilli (Üskü)
Qəndilli (fars. لقنديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (26 ailə).
Saray (Üskü)
Saray (fars. ساراي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Saray kəndi Şahı adasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 1.153 nəfər yaşayır (318 ailə).
Sərindizac (Üskü)
Sərindizac (fars. سرين ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (213 ailə).
Teymurlu (Üskü)
Teymurlu — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı, İlxıçı bəxşi ərazisinə daxil olan kənd. Teymurlu kəndi Şahı adasında yerləşir. 2006-cı il siyahıya alınmaya görə kənddə 142 nəfər yaşayır (41 ailə).
Xasabad (Üskü)
Xasabad (fars. خاص اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.252 nəfər yaşayır (344 ailə).
Xasəlar (Üskü)
Xasəlar (fars. خاصه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (238 ailə).
Əliabad (Üskü)
Əliabad (fars. علي اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 235 nəfər yaşayır (63 ailə).

Значение слова в других словарях