Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
Krivbas Krivoy Roq FK
Krivbas (Krivay Roq) - Ukraynanın futbol klubu
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbiçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Krivan dağı
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş. == Adın mənası == İlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir. == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü - 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük - 1353 metrdir.
Krivaya dili
Krivaya dili (ukr. Крива коса) — qumun toplanması nəticəsində Azov dənizinin şimal-şərq sahillərində formalaşan dil. Dilin ərazisi inzibati cəhətdən Dones vilayətinin Novoazov rayonu Sedovo kənd sovetliyinə daxildir. 2014-cü ilin avqust ayından Ukrayna faktiki olaraq bölgəyə nəzarət etmir. Dil Mariupoldan 50 km, Belosaray dilindən isə 100 km aralıda yerləşir. Dənizin daxilinə doğru 9 km uzanır. Sahəsi 5 ha-dır. Şərq hissəsi olduqca dərin sahil xəttinə malikdir. Qərb hissə dayazlığı ilə seçilir, burada qamış və yosunlar yayılmışdır. Burada on minlərlə quş yumurta qoyur.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov öküzboğanı
Krılov öküzboğanı (lat. Bupleurum krylovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Panteleymon Krımov
Aktyor
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. == Bioqrafiya == Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
Yelena Krivoşey
Yelena Krivoşey (1 fevral 1977) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Krivoşey Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. == Bioqrafiyası == İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
İvan Krılov
İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в; 2 (13) fevral 1769[…], Moskva[…] – 9 (21) noyabr 1844[…], Sankt-Peterburq[…]) — rus yazıçısı, təmsilçi, jurnalist. == Həyatı == İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənmişdir. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən "Qəhvədan" adlı komik operasını yazmışdır. Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir. == Yaradıcılığı == İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı "Qaib" povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. 1799-1800-ci illərdə Krılovun hökumət əleyhinə yazdığı "Trumf" məzhəkə faciəsi əlyazma şəklində geniş yayılmışdır.
Krevo qalası
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir.Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu. Qalanın qalıqları 19-20-ci əsrlərdə, xüsusən 1929-cu ildən Polşa tərəfindən qorunub saxlanılır.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir.Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir. 1905-ci ildə şəhərin 1364 sakini Bolqar Ekzarxlığı kilsəsinin parishionları idi.
Krivaya çayı (Çir)
Krivaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Krivaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 221 km qalmış ona tökülür. Krivaya çayının uzunluğu 56 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 509 km²-dir. Rusiyanın Volqoqrad və Rostov vilayətləri ərazusindən axır. Çay sistemi: Krivaya → Çir → Don → Azov dənizi. == Təsviri == Krivaya çayı öz başlanğıcını Volqoqrad vilayətinin Serafimovski rayonu, Yaqodnı xutorunun şimalından götürür. Burada aşağıya doğru isə Volqoqtad və Rostov vilayətlərinin sərhəddindən axır.
Krutoy Loq (Əbyəlil)
Krutoy Loq kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Həmid kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 43 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 90 km, kənd sovetliyindən (Həmid): 18 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.