əzabla

zərf. à grand peine, avec peine ; ~öldürülmək être assasiné, -e en subissant des tortures

əzab-əziyyət
əzablı
OBASTAN VİKİ
Gənc Verterin əzabları
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi.
Müqəddəs Antoninin əzabları
Müqəddəs Antoninin əzabları (it. Tormento di sant'Antonio) - İtaliya rəssamı Mikelancelo tərəfindən 1488-ci ildə tamamlanmış rəsm əsəri. Hazırda ABŞ-nin Texas ştatının Fort-Uort şəhərində yerləşən Kimbell İncəsənət Muzeyində sərgilənir. Əsərdə orta əsrlər əfsanəsi olan Qızıl əfsanə, müqəddəs Antoninin şeytanlar tərəfindən tələyə düşürülməsi əks olunmuşdur. Müqəddəs Antoni günah işləməmək üçün şeytanlara müqavimət göstərməkdədir. Buna görə əsər bəzən "Müqəddəs Antoninin günaha təşviqi" adlandırılır. Rəsm əsəri ilk əvvəl Mikelancelonun xidmət etdiyi Domeniko Girlandayo manufakturasında saxlanmışdır. Əsər 2008-ci ilin iyulunda satışa çıxaralaraq 2 milyon ABŞ dollarına bir ABŞ iş adamına satıldı. Sentyabr ayında rəsm əsəri Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə gətirildi. Əsər burada yenidən rəngləndi və diqqətlə öyrənildi.
Əsəd bəyin əzabları
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.
Əsəd bəyin əzabları (film, 2013)

Значение слова в других словарях