ВИЛИК

1. qabaq, əvvəl, irəli; tez; валай вилик səndən qabaq; 2. qabaq, ön; кӀвалин вилик пад evin qabaq (ön) tərəfi; 3. qabağında, qarşısında, önündə, qənşərində; кӀвалин вилик evin qabağında; 4. qabaqda, irəlidə, öndə, qarşıda; вилик ацукьун qabaqda oturmaq; 5. qarşı, müqabil, üzbəüz; вилик акъатун a) qarşı gəlmək, üzbəüz gəlmək, rast gəlmək, qarşılaşmaq; b) qabağ(ın)a çıxmaq, görüşünə çıxmaq, qarşılamaq; эвер тавур мугьмандин вилик кицӀ акъатда. Ata. sözü dəvətsiz qonağı köpək qarşılar; c) qabağa çıxmaq, çıxıntı əmələ gəlmək, qabarmaq; * вилик авун a) qabağa tərəf hərəkət etdirmək, qabağa çəkmək; b) özünə sarı çəkmək, qabağına çəkmək, yaxınlaşdırmaq; вилик акатун a) qabağa düşmək, rəhbərlik etmək, yol göstərmək; b) məc. irəli düşmək, xeyir görmək, mənfəət götürmək; c) qabağına keçmək, yol göstərmək, bələdçilik etmək; ç) ötmək, keçmək, qabaqlamaq; вилик кутун a) qabağına qatmaq, qabağına salıb aparmaq; b) məc. irəli salmaq, xeyir vermək; вилик пад атӀун bax вилик пад кьун b); вилик пад кьун a) qabağını almaq, mane olmaq, qarşısını almaq; b) qabağını kəsmək, qabağını tutmaq, yolunu bağlamaq; вилик фин a) qabaqda getmək, irəlidə getmək, birinci olmaq; b) qabağa getmək, irəli getmək, irəliləmək; c) inkişaf etmək, tərəqqi etmək; ç) bax вилик акатун ç); вилик хьун a) qabaqda olmaq, irəlidə olmaq; b) qabağa tərəf hərəkət etmək; вилик экъечӀун bax вилик акъатун b); вилик ялун a) qabağına çəkmək, özünə yaxınlaşdırmaq; b) irəli çəkmək (çəkilmək), daha məsul işə, vəzifəyə təyin etmək (edilmək); c) qabağa çəkmək, irəli çəkmək (saat, vaxt haqqında); виликай катун qabağından qaçmaq, qabağından çəkilmək, qorxmaq; вилик-кьулухъ талгьана kor-koranə, ağına-bozuna baxmadan, necə gəldi; вилик-кьулухъ фагьумун qabağını-gerisini düşünmək, ətraflı fikirləşmək, ehtiyatla (sayıq) hərəkət etmək.
ВИЛИВИЛ
ВИЛИК-КЬИЛИК:

Значение слова в других словарях