Alma-Ata bəyannaməsi (1991)
Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi.
21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan.
Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər.
3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır.
== Alma-Ata sammitində qəbul edilən qərarlar ==
Sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdirlər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür.
İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.