Alma-Ata bəyannaməsi (1991)

Rusiya Federasiyası (RSFSR) Prezidenti Boris Yeltsin (sağdan ikinci), Ukrayna Prezidenti Leonid Kravçuk (solda), Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev (ikinci solda) və Belarus Respublikası Ali Şurasının sədri Stanislav Şuşkeviç (sağda) MDB-nin Qurulması Sazişinə Protokol imzaladıqdan sonra. Qazaxıstan, Alma-Ata, 21 dekabr 1991

Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi.

21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan.

Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, LitvaEstoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər.

3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır[1].

Alma-Ata Bəyannaməsinin imzalanmasında iştirak edən şəxslər
Şəxs Vəzifə
Azərbaycan Azərbaycan Ayaz Mütəllibov Azərbaycan Prezidenti
Ermənistan Ermənistan Levon Ter-Petrosyan Ermənistan Prezidenti
Belarus Belarus Stanislav Şuşkeviç Belarus Respublikası Ali Sovetinin Sədri
Qazaxıstan Qazaxıstan Nursultan Nazarbayev Qazaxıstan Prezidenti
Qırğızıstan Qırğızıstan Əsgər Akayev Qırğızıstan Respublikasının Prezidenti
Moldova Moldova Mirça Snequr Moldova Respublikasının Prezidenti
Rusiya Rusiya Boris Yeltsin Rusiya Federasiyası Prezidenti (RSFSR)
Tacikistan Tacikistan Raxmon Nəbiyev Tacikistan Prezidenti
Türkmənistan Türkmənistan Saparmurat Niyazov Türkmənistan Prezidenti
Özbəkistan Özbəkistan İslam Kərimov Özbəkistan prezidenti
Ukrayna Ukrayna Leonid Kravçuk Ukrayna Prezidenti

Alma-Ata sammitində qəbul edilən qərarlar[redaktə | mənbəni redaktə et]

  • Sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdirlər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür.
  • İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.
  • Rusiyanın BMT-də BelarusUkrayna istisna olmaqla, MDB-yə üzv olan digər dövlətlərin maraqlarını müdafiə etmək mandatı qəbul edilmişdir.
  • İclasda MDB-nin təsisatlarının yaradılmasına dair protokol hazırlanmış, iclasın sonunda “Alma-Ata Bəyannaməsi” dərc edilmişdir.

Alma-Ata Bəyannaməsində bəyan edilən mövzular[redaktə | mənbəni redaktə et]

  • Müstəqil Dövlətlər Birliyinin ümumi siyasi və iqtisadi məkan olması;
  • Beynəlxalq sülhün müdafiəsi məsuliyyətini öz üzərinə götürməsi;
  • Üzv respublikalar bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqdırlar və Respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcəkdir;
  • Respublikaların suverenliyi prinsipi mühafizə edilib saxlanılacaq və onlar bir-birləri ilə bərabər statusa malik olacaqdırlar;
  • Cəmiyyətin sülhə, azadlığa və insan hüquqlarına hörmət edəcəyi;
  • Beynəlxalq hüquqa hörmət ediləcək və Sovet İttifaqının üzərinə götürdüyü beynəlxalq öhdəliklər lazımi səviyyədə yerinə yetiriləcəkdir;
  • Bəyannamədə həmçinin də bildirilir ki, Müstəqil Dövlətlər Birliyinin beynəlxalq hüquqi subyekti yoxdur.

Bundan əlavə, sammitdə qəbul edilmiş başqa bir protokol ilə MDB-nin özündə də yenidən strukturlaşdırılmanın prinsipləri müəyyən edilmiş və izah edilmişdir. Buna görə; Üzvlər arasındakı koordinasiyanı təmin etmək məqsədi ilə təşkilatın ali siyasi orqanı kimi MDB-yə üzv respublikaların dövlət başçılarından ibarət “Dövlət Başçıları Şurası” yaradılmışdır. Bundan əlavə, hökumət başçıları səviyyəsində də bir şura yaradılmışdır. Dövlət Başçıları Şurasının 1991-ci il dekabrın 31-də bir yerə yığılması və Sovet İttifaqına məxsus bütün orqanların mövcudluğuna son qoyulması və onların yerinə yeni orqanların yaradılmasının müzakirə edilməsi qərara alınmışdır.

Alma-Ata Sammiti ilə 21 dekabr 1991-ci ildə Sovet İttifaqını formalaşdırmış 15 respublika de-fakto Sovet İttifaqının varlığına son qoymuşdurlar. Bunlardan 11 respublika hər bir respublikanın müstəqilliyi və bərabərliyi prinsipinə xələl gətirmədən öz aralarında yenidən təşkilatlanma yoluna getmişdirlər. Əslində, bu tarixlərdə Mixail Qorbaçovu aradan qaldırmağa müvəffəq olan Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dövlət başçılarına məktub göndərərək, Sovet İttifaqının Şuradakı mövqeyinin və yerinin Rusiya Federasiyasına verilməsini xahiş etmişdir. Bu xahişdən sonra 22 dekabr 1991-ci ildə Sovet İttifaqının nümayəndəsi sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmiş və bu tarixdən etibarən onu Rusiya Federasiyasının nümayəndəsi əvəz etmişdir.

1991-ci il dekabrın 23-də ABŞ prezidenti Müstəqil Dövlətlər Birliyinin yaradılması münasibətilə Boris Yeltsini təbrik etmişdir. Həmin gün Avropa İttifaqı bəyanat yayaraq “Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının beynəlxalq hüquq və öhdəliklərini Rusiya Federasiyasının yerinə yetirməyə davam edəcəyini” elan etmişdir. Böyük Britaniyanın baş naziri də oxşar bəyanatla çıxış etmişdir.

Bu bəyanatlardan sonra Sovet İttifaqı hüquqi cəhətdən də ömrünü başa çatdırmış; onun əvəzinə onun beynəlxalq platformalarda nümayəndəsi olmaq səlahiyyətləri MDB-yə keçmişdir. Sovet İttifaqının Prezidenti Qorbaçovun 25 dekabr 1991-ci ildə Prezidentlikdən getdiyini bildirən bəyanatının ardınca; 26 dekabr 1991-ci ildə Sovet Parlamentinin Sovet İttifaqının rəsmi şəkildə sona çatmasını təsdiqləməsi ilə hadisələrin axarı rəsmi şəkildə hamıya məlum olmuşdur. Bu bəyanatlardan sonra Sovet İttifaqı 74 illik tarixi ömrünü qanuni baxımdan, faktiki olaraq və rəsmi formada başa vurmuşdur.

Sovet İttifaqının tarix səhnəsindən geriyə çəkilməsi həm Rusiya, həm də beynəlxalq siyasətdə və qüvvələr balansını müəyyən edən münasibətlər sistemində yeni dövrün başlanmasına səbəb olmuşdur. Bu həm də dünyanın yenidən nizamlanması və bununla da yeni güc mərkəzlərinin yaranması demək idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Martine Couderc. Chronologie : CEI 1991-2002. Outre-Terre. 2003. 296–315.
  • Мельникова І. М. Алма-Атинська декларація 1991 //
  • Моисеев Е. Г. Правовой статус Содружества Независимых Государств. М., 1995.
  • Текст Декларації на сайті Верховної Ради України.
  • Ю. С. Шемшученко.. Алма-Атинська декларація // Юридична енциклопедія : [в 6-ти т.] / ред. кол. Ю. С. Шемшученко (відп. ред.) [та ін.] — К. : Украинская энциклопедия, 1998. — Т. 1 : А — Г. — 672 с. — ISBN 966-7492-00-X.