Almalıdağ - Şahbuz rayonu ərazisində dağ (hünd. 2155,9 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə ayrılan Təkəlik qolunun Naxçıvançayın Kükü və Qapıdaşqara (İşgəsuçay) sağ qollarının suayırıcısını təşkil edən cənub-qərb istiqamətli Zırnel şaxəsində zirvə. Qızıl Qışlaq kəndindən 2 km şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklik. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən şimal-qərb istiqamətli eyniadlı antiklinal qırışığın tağ hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-şimal-qərb və şimal-şərq istiqamətli faylar izlənilir. Cənub yamacında eyniyaşlı andezit-porfirit tərkibli subvulkanik kütlə açılır.[1]
Almalıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2155,9 m |
Yerləşməsi | |
39°29′30″ şm. e. 45°37′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|