Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abituriyent
Abituriyent (lat. abituriens; mənası – getməyə hazırlaşan) — bir çox ölkələrdə orta təhsil müəssisəsini bitirən şəxs, ali və ya оrta peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəхs. == Tarixi == XIX əsrin sonlarında abituriyent gimnaziya, realnı məktəb kimi ali təhsil müəssisəsinə keçmək üçün zəruri olan orta təhsil müəssisəsinin şagirdinin adı olmuşdur. SSRİ-də 1950-ci illərdən, sonra isə postsovet məkanında bu termin fərqli bir məna qazanmış, orta ixtisas və ya ali təhsil müəssisəsinə daxil olan şəxsi ifadə etmişdir.
Abituryent (jurnal)
Abituriyent — dərgi == Haqqında == Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan "Abituriyent" jurnalı abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Jurnal Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Abid Alimov
Abid Əhmədcan oğlu Alimov (1900 – 1935) — Azərbaycan SSR-nin ilk səhiyyə komissarı (28 aprel 1920 – 5 iyun 1920). Türkoloq. == Həyatı == XI ordunun tərkibində Azərbaycana gəlib. Azərbaycan SSR-in ilk səhiyyə komissarı (naziri) olub (28 aprel – 5 iyun 1920). Sonralar Leninqrada gedərək türkoloji tədqiqatlar aparıb. Professor olub.
Abid Bayramov
Abid Hacırza oğlu Bayramov (15 aprel 1931, Binə) — 1931-ci il martın 15-də Bakı şəhərində Binədə anadan olmuşdur. == Həyatı == Bayramov Abid Hacırza oğlu 1931-ci il martın 15-də Bakı şəhərinin Binə kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra o, 1949-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə institutu bitirərək təyinat ilə Tacikistan Respublikasının Leninabad vilayətinin İsfara şəhərinə göndərilir. == Fəaliyyəti == 1960-cı ilin axırlarında A. Bayramov təyinat müddətini başa vuraraq Bakı şəhərinə qayıdır. Azərbaycan Səhiyyə Nazirliyi onu indiki Abşeron əsəb xəstəlikləri sanatoriyasına həkim vəzifəsinə təyin edilir. 1966-cı ildən Azərbaycan Səhiyyə Nazirliyi yanında Elmi Tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyətini davam etdirir. 1968-ci ildə alimlik dərəcəsi almaq üçün Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun aspiranrğturasına daxil olur. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adını alır.1972-ci ildə doktorluq dissertasiyası medafiə edərək Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun doktoranturasına daxil olur.1996-cı ildən təqaüddədir.
Abid Məmmədov
Abid Məmmədov (4 aprel 1994, Dəymədərə, Oğuz rayonu – 4 oktyabr 2020, Murovdağ döyüşləri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı. == Hərbi xidməti == Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.
Abid Tahirli
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). == Həyatı == Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Abil İslam
Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub. O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib. Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib. Abil İslam "İnşaatçı" qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri , "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib. Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir. Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir.
Abin çayı
Abin (adıq Абын — «meşə») — Rusiyanın Krasnodar diyarında çay. Varnavin su anbarına tökülür. Kuban çayının hövzəsinə daxildir. Çayın uzunluğuи — 81 km, su toplayıcı hövzənin sahəsi — 484 km²-dir. == Coğrafiyası == Abin çayı mənbəyi Kosexur silsiləsinin şimal yamacında yerləşir. Yuxarı axarlarında çay sürətl axır və suyu şəffafdır. Erivan stansiyasında çay Mixale çayı ilə birləşir və daha geniş dərə ilə axır. Bu bölgədə çay kənarı boyu Erivan-Şapsuqun torpaq yolu keçir. Şapsuq stansiyası yaxınlığında Abin çayı soldan özünün əsas qolunu Adeqoyu qəbul edir. Daha sonra çay Abinsk boyunca axır və Varnavin su anbarına tökülür.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (Şiraz – 31 dekabr 1286, Təbriz) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir. 1270-ci illərdə Hülakü xanın oğlu olan Mengü Teymur ilə evlənmişdir. Bu evlilikdən Alqançı və Kördüçin adlarında iki qızı olmuşdur. Abaqa xanın taxta çıxmasından sonra Fars atabəyliyi əlindən alındı və Farsın gəlirindən illik 70.000 qızıl təqaüd ayrıldı.
Abjit çayı
Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay. == Toponimikası == Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.
Amit Quluzadə
Amit Quluzadə — Larrisa FK oyunçusu. == Həyatı == 20 noyabr 1992-ci ildə Bakıda anadan olub. Amit peşəkar futbolçu karyerasına "Neftçi"də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin "Kayseri Erciyesspor" klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi "Rəvan"da top qovub. 2013-cü ildə "Qəbələ" FK yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 2017-ci ilin Yanvar ayında isə Yunanıstanın Larrisa FK klubu ilə 2.5 illik müqavilə imzaladı..
German Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. == Həyatı == Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. == Həyatı == Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. == Həyat və fəaliyyəti == 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. === Ailəsi === 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).